Tarix:11/02/13
Belə ki, ilk sertifikatların alınması üçün müraciətlər qəbul olunub. Pilot layihə çərçivəsində sertifikatların əldə edilməsi üçün vətəndaşlar mərkəzi qeydiyyat məntəqəsinə müraciət edə bilərlər. Hazırda digər qeydiyyat məntəqələrində də texniki-təşkilati işlər aparılır və onlar tamamlandıqdan sonra vətəndaşlar istənilən məntəqənin xidmətindən istifadə edə biləcəklər.
"Elektron Hökumət" Mərkəzindən verilən məlumata görə, mobil İD-nin alınması üçün e-müraciət formasının da hazırlanıb istifadəyə verilməsi üzrə işlər aparılır. Bunun sayəsində "e-imza" sertifikatlarına malik olan vətəndaşlarımız qeydiyyat məntəqələrinə gəlmədən mobil autentifikasiya sertifikatı ala biləcəklər.
Mobil qurğuların texniki imkanları nəzərə alınaraq hal-hazırda təqdim olunan autentifikasiya sertifikatlarını aşağıdakı platformalardakı mobil qurğulara yükləmək mümkündür:
• "Apple IOS 5.0" və yuxarı versiyalar (iPhone 3GS, 4, 4S, 5 / iPad 1, 2, 3, 4, mini / iPod Touch 3, 4, 5);
• "Android 4.0" və yuxarı versiyalar (HTC, Samsung, LG, Acer, Sony);
• "Symbian S60 OS" və yuxarı versiyalar;
• "Windows Phone 7.0" və 7.5 platformaları (Windows Phone 8.0 sınaqdan tam olaraq keçməmişdir);
• "BlackBerry 6.0 OS" və yuxarı versiyalar (mobil cihazların rəqəmli sertifikatları üçün "SSL klient" identifikasiyanın konfiqurasiyası "BlackBerry Desktop Manager" proqramı vasitəsilə yüklənilir);
Mobil İD yüklənmiş mobil qurğular vasitəsilə istifadəçilər "Elektron hökumət" portalına ( www.e-gov.az), eləcə də digər xidmət saytlarına daxil ola bilərlər.
Qeyd edək ki, elektron imza haqqında qanunvericiliyə əsasən, Mobil Autentifikasiya Sertifikat Mərkəzi Ali Sertifikat Mərkəzindən sertifikat alıb.
Mobil qurğu və planşetlər üçün mobil autentifikasiya sertifikatlarının verilməsinə başlanılıb
Məlum olduğu kimi, Mobil Sertifikat Mərkəzi fevral ayının 1-dən fəaliyyətdədir. Artıq mobil qurğularda və planşetlərdə istifadə olunması üçün mobil autentifikasiya sertifikatlarının verilməsinə başlanılıb.Belə ki, ilk sertifikatların alınması üçün müraciətlər qəbul olunub. Pilot layihə çərçivəsində sertifikatların əldə edilməsi üçün vətəndaşlar mərkəzi qeydiyyat məntəqəsinə müraciət edə bilərlər. Hazırda digər qeydiyyat məntəqələrində də texniki-təşkilati işlər aparılır və onlar tamamlandıqdan sonra vətəndaşlar istənilən məntəqənin xidmətindən istifadə edə biləcəklər.
"Elektron Hökumət" Mərkəzindən verilən məlumata görə, mobil İD-nin alınması üçün e-müraciət formasının da hazırlanıb istifadəyə verilməsi üzrə işlər aparılır. Bunun sayəsində "e-imza" sertifikatlarına malik olan vətəndaşlarımız qeydiyyat məntəqələrinə gəlmədən mobil autentifikasiya sertifikatı ala biləcəklər.
Mobil qurğuların texniki imkanları nəzərə alınaraq hal-hazırda təqdim olunan autentifikasiya sertifikatlarını aşağıdakı platformalardakı mobil qurğulara yükləmək mümkündür:
• "Apple IOS 5.0" və yuxarı versiyalar (iPhone 3GS, 4, 4S, 5 / iPad 1, 2, 3, 4, mini / iPod Touch 3, 4, 5);
• "Android 4.0" və yuxarı versiyalar (HTC, Samsung, LG, Acer, Sony);
• "Symbian S60 OS" və yuxarı versiyalar;
• "Windows Phone 7.0" və 7.5 platformaları (Windows Phone 8.0 sınaqdan tam olaraq keçməmişdir);
• "BlackBerry 6.0 OS" və yuxarı versiyalar (mobil cihazların rəqəmli sertifikatları üçün "SSL klient" identifikasiyanın konfiqurasiyası "BlackBerry Desktop Manager" proqramı vasitəsilə yüklənilir);
Mobil İD yüklənmiş mobil qurğular vasitəsilə istifadəçilər "Elektron hökumət" portalına ( www.e-gov.az), eləcə də digər xidmət saytlarına daxil ola bilərlər.
Qeyd edək ki, elektron imza haqqında qanunvericiliyə əsasən, Mobil Autentifikasiya Sertifikat Mərkəzi Ali Sertifikat Mərkəzindən sertifikat alıb.
Baxış sayı: 1250
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı