12px13px15px17px
Tarix:11/02/13

TQDK: “Sınaq imtahanında iştirak etmək istəyənlər yalnız komissiyanın internet saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən magistraturaya qəbul imtahanlarına hazırlaşan gənclərə kömək məqsədilə cari ilin 17 fevral tarixində ilk dəfə olaraq sınaq imtahanları keçiriləcək.

"ICTnews" elektron xəbər xidmətinin TQDK-ya istinadən verdiyi məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər yalnız komissiyanın internet saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Bunun üçün ödəmə kartı əldə etmək lazımdır. Namizədlər "Azercell" və "NAR Mobile" nömrələrindən 7735 nömrəsinə boş SMS göndərməlidirlər.

SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq. Bundan başqa həmin kartları "Netmoney" və "Golden Pay" universal ödəmə kartları vasitəsilə ödəniş etməklə də almaq olar. Məlumat üçün bildirək ki, imtahanın birinci mərhələsi üzrə keçiriləcək sınaq imtahanı respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəranda olacaq. Sınaq imtahanına yazılış fevralın 6-dan başlanıb və artıq 6000-dən artıq bakalavr qeydiyyatdan keçib. Həmin imtahana yazılmaq üçün müddət 14 fevral saat 10:00-da başa çatacaq.

CAHANGİR



Baxış sayı: 2091

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024