12px13px15px17px
Tarix:12/02/13

Hollandlar “Facebook”u məhkəməyə veriblər

Proqramçı və ixtiraçı Yos Van Der Meyerin varisləri "like" və "share" düymələrinə görə "Facebook" şirkətinə qarşı iddia qaldırıblar. İddiaçılar bildirirlər ki, "Facebook" şirkəti "like" və "share" düymələrindən istifadə etməklə Van Der Meyerin 1998-ci ildə təqdim etdiyi patenti pozub.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, məhkəməyə təqdim edilmiş sənədlərə əsasən, Van Der Meyerin patentlərindən birində istifadəçilərə "fərdi və kənar informasiyanı toplamağa, onu şəxsi veb-səhifəsində xronoloji qaydada yerləşdirməyə və informasiyanı seçilmiş insanlar qrupu ilə paylaşmağa" imkan verən sistemdən söhbət gedir.

Hollandiyalı proqramçı Van Der Meyer ixtiralarını tanıtmaq üçün şirkət yaratmış, həmçinin "surfbook.com" domen adını qeydiyyatdan keçirmişdi. Məhkəməyə təqdim edilmiş sənədlərə əsasən, "surfbook.com" saytı istifadəçilərə şəxsi gündəliklərini yaratmaq və istifadə etmək imkanı verməli idi.

Lakin proqramçı yalnız saytın pilot versiyasını yaratmağa macal tapdı, çünki o, 2004-cü ildə dünyasını dəyişib. İxtiraçının qohumlarının qaldırdığı iddiada bildirilir ki, "Facebook" şirkətinin patentlərindən birində Van Der Meyerin patentinə istinad var. Deməli, sosial şəbəkənin proqramçıları Van der Meyerin patent və ixtiralarından xəbərdar olublar.

Emil Hüseynov



Baxış sayı: 693

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024