12px13px15px17px
Tarix:12/02/13

İnternet-mağazalar müştərilərin yarısını sosial şəbəkələrdən cəlb edəcək

"Gartner" analitik şirkətinin proqnozuna əsasən, 2015-ci ilə internet-mağazalar alış-veriş etmək üçün yeni alıcıların təxminən yarısını sosial şəbəkələrdən cəlb edəcək.

"ICTnews.az" elektron xəbər xidməti "mincom.gov.az" saytına istinadən bildirir ki, hazırda onlayn-mağazaların müştərilərinin yalnız 5 faizi sosial şəbəkələrdən gəlir. "Gartner" nümayəndələri proqnozlaşdırırlar ki, yaxın bir neçə ildə bu rəqəm xeyli artacaq, sosial şəbəkələr isə marketinq məqsədləri üçün şəxsi auditoriyalarından kifayət qədər fəal istifadə edəcəklər,- "Cybersecurity" saytı yazır.

Analitik şirkət internet-mağazalara artıq indidən istifadəçilərin sosial şəbəkələrlə kross-avtorizə sisteminin yaradılması ilə məşğul olmağı tövsiyə edir ki, istifadəçilər üçün malın sifariş edilməsi prosesi maksimum sadələşdirilsin. Vahid avtorizə sistemi həm də istifadəçilər üçün rahatdır, çünki onların müxtəlif resurslarda qeydiyyatdan keçməsinə ehtiyac qalmır, identifikasiya üçün yalnız bir loqin/paroldan istifadə edilir.

Emil Hüseynov



Baxış sayı: 836

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024