Tarix:13/02/13
Səsvermə nəticəsində nümayəndəmiz Məzahim Quliyev bu mötəbər beynəlxalq təşkilata Şərqi Avropa və Şimali Asiya regionundan sədr müavini seçilməklə təşkilatın tarixində ilk dəfə olaraq azərbaycanlı alim kimi yüksək vəzifəyə təyin olunub. Bu bir daha dünya ölkələri tərəfindən son illər Azərbaycanın kosmik sənaye quruculuğu sahəsində apardığı işlərə verilən qiymətin göstəricisidir.
İclasın gündəliyində duran məsələlərdən biri də Təşkilatın Məşvərət Komitəsinə Beynəlxalq Telekommunikasiya İttifaqının müəyyən etdiyi regionlar üzrə üzvlərin seçilməsi olub. Səsvermədən sonra Azərbaycan Respublikası Polşa Respublikası ilə birlikdə Şərqi Avropa və Şimali Asiya regionundan Məşvərət Komitəsinə daimi üzv seçilib.
Qeyd edək ki, cari ilin 7-8 mart tarixlərində İTSO-nun rəhbər orqanlarına seçkilərdən sonra təşkilatın ilk iclası keçiriləcək. Azərbaycan nümayəndəsi sədr müavini qismində iclasın işinə qatılacaq.
CAHANGİR
Azərbaycan nümayəndəsi beynəlxalq təşkilata sədr müavini seçilib
Uqandada Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının (İTSO) Tərəflər Assambleyasının 35-ci iclası keçirilib. Sözügedən iclasda müzakirəyə çıxarılan məsələlərdən biri sədr müavinlərinin təyin olunması ilə bağlı olub.Səsvermə nəticəsində nümayəndəmiz Məzahim Quliyev bu mötəbər beynəlxalq təşkilata Şərqi Avropa və Şimali Asiya regionundan sədr müavini seçilməklə təşkilatın tarixində ilk dəfə olaraq azərbaycanlı alim kimi yüksək vəzifəyə təyin olunub. Bu bir daha dünya ölkələri tərəfindən son illər Azərbaycanın kosmik sənaye quruculuğu sahəsində apardığı işlərə verilən qiymətin göstəricisidir.
İclasın gündəliyində duran məsələlərdən biri də Təşkilatın Məşvərət Komitəsinə Beynəlxalq Telekommunikasiya İttifaqının müəyyən etdiyi regionlar üzrə üzvlərin seçilməsi olub. Səsvermədən sonra Azərbaycan Respublikası Polşa Respublikası ilə birlikdə Şərqi Avropa və Şimali Asiya regionundan Məşvərət Komitəsinə daimi üzv seçilib.
Qeyd edək ki, cari ilin 7-8 mart tarixlərində İTSO-nun rəhbər orqanlarına seçkilərdən sonra təşkilatın ilk iclası keçiriləcək. Azərbaycan nümayəndəsi sədr müavini qismində iclasın işinə qatılacaq.
CAHANGİR
Baxış sayı: 1005
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı