12px13px15px17px
Tarix:13/02/13

İT mütəxəssislərinin ən populyar peşə bacarıqları müəyyənləşdirilib

2012-ci ilin son rübündə İT mütəxəssisləri üçün açılmış 20 mindən çox vakansiya namizədlərdən "SQL" sorğu dili biliyi tələb edir. İnternetdə yerləşdirilmiş vakansiyalarda ən çox tələb olunan peşə bacarıqlarını təhlil etmiş Britaniyanın "CW Jobs" işə qəbul şirkəti belə nəticəyə gəlib.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin son rübündə verilənlər bazası üzrə mütəxəssisə tələbatın azalmasına baxmayaraq, "SQL" biliyi İT mütəxəssislərindən ən çox tələb edilən bacarıqdır.

"C#" ikinci yerdə qərarlaşıb. 13901 vakansiyada belə tələb yerləşdirilib və 2012-ci ilin üçüncü rübü ilə müqayisədə bu bacarığa malik mütəxəssislərə tələbat 7,2 faiz artıb.

Üçüncü yerdə yer almış "C" proqramlaşdırma dili 13781 vakansiyada mövcud olub. Bu göstərici 2012-ci ilin üçüncü rübü ilə müqayisədə 9.6 faiz azdır.

Sonrakı yerlər aşağıdakı kimidir:

1) .Net (12780 vakansiya);

2) Java (10138);

3) SQL Server (8918);

4) ASP (8824);

5) JavaScript (6983);

6) HTML (6702).


Emil Hüseynov



Baxış sayı: 768

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024