12px13px15px17px
Tarix:14/02/13

13 düymlü "makbuk"ların qiyməti ucuzlaşıb

"Apple" şirkəti 13 düym diaqonallı ekranla təchiz edilmiş "MacBook" noutbuklarının bəzi modellərinin qiymətini aşağı salıb.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Retina" ekran və 128 QB fləş yaddaşla təchiz edilmiş 13 düymlü "MacBook Pro" hazırda ABŞ-da 1499 dollara (əvvəlki qiyməti 1699 dollar) satılır. 256 QB yaddaşa malik müvafiq noutbukun qiyməti 1999-dan 1699 dollaradək, 256 QB yaddaşla təchiz edilmiş 13 düymlü "MacBook Air" noutbukunun qiyməti isə 1599-dan 1399 dollara kimi azaldılıb.

"Apple", həmçinin noutbukların prosessorlarını yeniləyib. "Retina" ekran və 256 QB yaddaşla təchiz edilmiş 13 düymlü "MacBook Pro"-ya 2,6 QHs takt tezlikli prosessor, 15 düymlü "MacBook Pro"-ya isə 2,7 QHs takt tezlikli dördnüvəli prosessor quraşdırılıb.

Emil Hüseynov



Baxış sayı: 711

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024