Tarix:15/02/13
“Juniper Research” analitik şirkətinin proqnozuna görə, 2017-ci ilədək “LTE” şəbəkələrdən əldə olunan gəlir 340 milyard dollar təşkil edəcək. Bu göstərici bütün mobil xidmətlərdən əldə olunan ümumi gəlirin 31 faizini təşkil edir.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2013-cü ildə “LTE” xidmətindən 75 milyard dollar həcmində gəlir əldə ediləcək.
Analitik şirkətin məlumatına əsasən, hazırda “LTE” əsasən korporativ istifadəçilər və işgüzar informasiyanın ötürülməsi üçün istifadə edilir. Lakin 2015-ci ildə fərdi istifadəçilərin sayı korporativ istifadəçiləri ötəcək. Bununla belə, 2015-ci ildən sonra korporativ istifadəçilər opertorlara gəlirin təxminən 50 faizini qazandıracaq.
Emil Hüseynov
2017-ci ilədək “LTE” şəbəkələrdən əldə olunan gəlir 340 milyard dollar təşkil edəcək
“LTE” şəbəkələrin inkişaf etdirilməsinin dəyəri hələ ki kifayət qədər böyükdür və operatorlar hələ ki bu texnologiyanın təklif etdiyi yüksək sürəti pula çevirməyi tam mənimsəməyiblər. Bununla belə, bu sahədə vəziyyət ağlasığmaz sürətlə dəyişir.“Juniper Research” analitik şirkətinin proqnozuna görə, 2017-ci ilədək “LTE” şəbəkələrdən əldə olunan gəlir 340 milyard dollar təşkil edəcək. Bu göstərici bütün mobil xidmətlərdən əldə olunan ümumi gəlirin 31 faizini təşkil edir.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2013-cü ildə “LTE” xidmətindən 75 milyard dollar həcmində gəlir əldə ediləcək.
Analitik şirkətin məlumatına əsasən, hazırda “LTE” əsasən korporativ istifadəçilər və işgüzar informasiyanın ötürülməsi üçün istifadə edilir. Lakin 2015-ci ildə fərdi istifadəçilərin sayı korporativ istifadəçiləri ötəcək. Bununla belə, 2015-ci ildən sonra korporativ istifadəçilər opertorlara gəlirin təxminən 50 faizini qazandıracaq.
Emil Hüseynov
Baxış sayı: 669
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib