12px13px15px17px
Tarix:15/02/13

Abituriyentlər TQDK-nın virtual ödəmə kartlarını İnternetdən və SMS-lə əldə edə bilərlər

TQDK-nın virtual ödəmə kartlarını plastik kartdan istifadə etməklə www.system.goldenpay.az
www.tqdk.3dsecure.az/?agent=tqdk, NETMONEY kartlarından istifadə etməklə http://www.netmoney.az/ http://www.portmanat.az/ İnternet ünvanlarından eldə etmək olar.

Komissiyadan verilən məlumata görə, elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını (qiyməti 2 AZN) SMS-lə əldə etmək istəyən abituriyentlər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq.

Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını (qiyməti 3 AZN) SMS-lə əldə etmək istəyən abituriyentlər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq.

TQDK abituriyentlərdən virtual ödəmə kartlarında göstərilən məlumatları itirməməyi və məxfi saxlamağı xahiş edir. Ödəmə kartları SMS-lə əldə edildikdə abonentin balansından 18% ƏDV də tutulur.

HƏQİQƏT



Baxış sayı: 1179

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024