Tarix:18/02/13
"ICTnews" elektron xəbər xidmətinin əldə etdiyi məlumata görə, elektron məktublarla bağlı yeni bir virus aşkarlanıb. Artıq viruslar göndərilməyə başlanıb və istehlakçıların müəyyən problemləri yaranmaqdadır. Bununla bağlı olaraq dünyaca məşhur olan şirkətlər, araşdırma mərkəzləri xəbərdarlıqlar ediblər. Son xəbərdarlıqlardan biri də «Symantec» şirkətindən gəlib. Şirkət bildirir ki, «FedEx»-in adından saxta elektron məktublar yayılır.
Geniş kütləyə göndərilən elektron namələrdə qeyd olunur ki, istifadəçi ona göndərilən bağlamanı yaxınlıqda yerləşən «FedEx» şöbələrindən internetdə elektron poçta gələn qəbzi çap edib gətirməklə ala bilər. Sözsüz ki, burada heç bir həqiqi bağlamadan söhbət gedə bilməz. Belə ki, elektron poçt ilə alınan internet adresə daxil olursa, ona «PostalReceipt.zip» arxivini yükləmək təklif olunacaq.
Həmin arxivin tərkibində zərərverici «PostalReceipt.exe» faylı yerləşir. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi bildirir ki, «Trojan.Smoaler» yerləşən sayt hər gün yenilənir. «FedEx» şirkəti öz saytında xəbərdarlıq və yayılan informasiyanın onlayn təhlükəsizliyi haqda məlumat dərc edib.
«Symantec»in mütəxəssisləri aktual olan antivirus proqram təminatından istifadə etməyi məsləhət görür: «Təhlükəsizliyiniz üçün bildirək ki, naməlum elektron poçt ünvanlarından gələn məktubları açmağınız məsləhət görülmür».
SEYMUR
Tanınmayan ünvanlardan gələn məktubları açmayın - XƏBƏRDARLIQ!
Tanımadığınız ünvanlardan gələn elektron məktubları açmayın. Əks halda ciddi problemlərlə qarşılaşa bilərsiz və istifadə etdiyiniz kompüterə həm virus düşə, həm də kompüterinizdə olan şəxsi məlumatlarınız, verilənlər və video-foto arxiviniz oğurlana bilər."ICTnews" elektron xəbər xidmətinin əldə etdiyi məlumata görə, elektron məktublarla bağlı yeni bir virus aşkarlanıb. Artıq viruslar göndərilməyə başlanıb və istehlakçıların müəyyən problemləri yaranmaqdadır. Bununla bağlı olaraq dünyaca məşhur olan şirkətlər, araşdırma mərkəzləri xəbərdarlıqlar ediblər. Son xəbərdarlıqlardan biri də «Symantec» şirkətindən gəlib. Şirkət bildirir ki, «FedEx»-in adından saxta elektron məktublar yayılır.
Geniş kütləyə göndərilən elektron namələrdə qeyd olunur ki, istifadəçi ona göndərilən bağlamanı yaxınlıqda yerləşən «FedEx» şöbələrindən internetdə elektron poçta gələn qəbzi çap edib gətirməklə ala bilər. Sözsüz ki, burada heç bir həqiqi bağlamadan söhbət gedə bilməz. Belə ki, elektron poçt ilə alınan internet adresə daxil olursa, ona «PostalReceipt.zip» arxivini yükləmək təklif olunacaq.
Həmin arxivin tərkibində zərərverici «PostalReceipt.exe» faylı yerləşir. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi bildirir ki, «Trojan.Smoaler» yerləşən sayt hər gün yenilənir. «FedEx» şirkəti öz saytında xəbərdarlıq və yayılan informasiyanın onlayn təhlükəsizliyi haqda məlumat dərc edib.
«Symantec»in mütəxəssisləri aktual olan antivirus proqram təminatından istifadə etməyi məsləhət görür: «Təhlükəsizliyiniz üçün bildirək ki, naməlum elektron poçt ünvanlarından gələn məktubları açmağınız məsləhət görülmür».
SEYMUR
Baxış sayı: 736
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib