12px13px15px17px
Tarix:19/02/13

“Microsoft” “Surface” uğrunda müsabiqəyə start verib

“Microsoft” korporasiyası “Partners in Learning” çərçivəsində yeni layihəyə start verib. Müsabiqədə iştirak etmək üçün dünyada - qlobal icmada təhsilin, o cümlədən pedaqoji kadrların daha da təkmilləşdirilməsi missiyasını üzərinə götürən “ www.pil-network.com/” saytına girmək, orada qeydiyyatdan keçərək daha çox müəllimləri sayta cəlb etmək tələb olunur. Şərtlərə görə, layihənin qalibi cəlb etdiyi iştirakçıların çoxluğu əsasında müəyyənləşəcək.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə “http://www.informatik.az/” saytının rəhbəri Naidə İsayeva məlumat verib. Onun sözlərinə görə, layihədə iştirak edən və qalib gələn müəllimə “Microsoft” firması tərəfindən hazırlanan yeni innovasiya - “Surface” müstəvi planşeti hədiyyə ediləcək:

“Müsabiqə artıq başlayıb və 15 may 2013-cü ildə yekunlaşacaq. İştirakçılar sosial şəbəkədə öz profilinə girərək, “digər istifadəçiləri dəvət etmək” düyməsinə basmalı, onlara mesaj yollamalıdır. Mesajı göndərən şəxsin kolleqaları da “Mənə qoşul” düyməsinə basmalıdır. Qalib 17 may 2013-cü il elektron poçt vasitəsilə elan olunacaq. Hədiyyəyə gəlincə, korporasiyanın yeni texnoloji yeniliklərindən olan “Surface” “Windows 8” əsasında işləyir. Bu planşet artıq dünyada populyarlıq qazanıb”.

HƏQİQƏT



Baxış sayı: 795

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024