12px13px15px17px
Tarix:19/02/13

“Tələbə-məzun” dövlət elektron məlumat sistemi” dövlət informasiya ehtiyatlarının reyestrində dövlət qeydiyyatına alınıb

Nazirlər Kabinetinin 17 may 2010-cu il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatlarının (DİE) reyestrinin aparılması qaydaları haqqında Əsasnamə"nin icrasını təmin etmək məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələb olunan sənədləri təqdim edərək sistem administratoru olduğu "Tələbə-məzun" dövlət elektron məlumat sistemi"nin qeydiyyata alınması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib.

Komissiyadan verilən məlumata görə, 18 fevral 2013-cü il tarixdə sistem dövlət qeydiyyatına alınmış və sistem haqqında məlumat dövlət reyestrinə
( www.governmentsregistry.ehdis.az / ) əlavə edilib.

Qeyd edək ki, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi"nin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli Fərmanı ilə təsdiq edilib. Sistemin istifadəçiləri ali və orta ixtisas təhsili müəssisələri, həmçinin adları aşağıda çəkilən dövlət orqanlarıdır:

- Azərbaycan Respublikası Prezidentinin Administrasiyası;

- Azərbaycan Respublikası Milli Məclisinin Aparatı;

- Azərbaycan Respublikasının Nazirlər Kabineti;

- Azərbaycan Respublikası Baş Prokurorluğu;

- Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

- Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi;

- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

- Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

- Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;

- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya.


HƏQİQƏT



Baxış sayı: 1670

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024