Tarix:19/02/13
Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, layihə 2013-2015-ci illəri əhatə edir və onun icrası nəticəsində ölkənin ucqar kənd yerləri belə genişzolaqlı internetlə təmin olunacaq: «Artıq sözügedən layihənin icrasına başlanılıb. Ümumiyyətlə, layihənin icrası nəticəsində ölkədə genişzolaqlı internet istifadəçilərinin sıxlığının 85%-ə çatacağı gözlənilir».
Ə.Abbasov onu da qeyd edib ki, layihə çərçivəsində 2015-ci ilə qədər və sonrakı dövrdə əhali Bakı şəhərində 30-100 Mbit/saniyə, digər iri şəhərlər və rayon mərkəzlərində isə 10-30 Mbit/saniyə, qəsəbə və kənd yerlərində 10 Mbit/saniyə və daha çox sürətli genişzolaqlı internetlə təmin ediləcək.
Nazir həmçinin xatırladıb ki, hazırda ölkədə «elektron xidmət»lərdən əhalinin 7%-i istifadə edir: «Bu layihə nəticəsində 2020-ci ilədək «elektron xidmət»lərdən istifadə edənlərin payını 100%-ə çatdırmaq niyyətindəyik».
Qeyd edək ki, ölkədə genişzolaqlı internetin inkişafı layihəsinin icrasına Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 450 mln. ABŞ dolları məbləğində vəsait ayrılacaq. Layihənin birinci mərhələsinin maliyyələşdirilməsi üçün ARDNF tərəfindən 103,6 mln. manatın ayrılması nəzərdə tutulur və yaxın günlərdə layihənin maliyyələşdirilməsinə və tədbirlərin icrasına başlanılacağı qeyd edilib.
Xatırladaq ki, layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə «Hər evə optika» prinsipi üzrə yüksəksürətli və keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili üçün telekommunikasiya şəbəkəsinin müxtəlif istiqamətlərinə, ucqar yaşayış məntəqələrinə və magistral şəbəkədə ATS-dən 2 km-dən çox məsafədə yerləşən telefon şkaflarına fiber-optik kabel xətlərinin çəkilişi, kommutasiya və transmissiya qurğularının yeni xidmətlərə uyğun modernləşdirilməsi, telefonlaşdırılmamış yaşayış massivlərinin, çoxmərtəbəli binaların, qismən telefonlaşdırılmış yaşayış məntəqələrinin ən yeni texnologiyaların tətbiqi ilə telefonlaşdırılması, yeni ATS binalarının tikintisi, struktur və tarif islahatlarının həyata keçirilməsi, tənzimləmənin təkmilləşdirilməsi və digər məsələlərin həlli planlaşdırılır.
Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinə start verilib
Azərbaycanın Bakı şəhəri, Naxçıvan MR və digər bölgələrində əhalinin genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə hazırlanmış layihənin icrası nəticəsində ölkədə genişzolaqlı internet istifadəçilərinin sıxlığı 85%-ə çatacaq.Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, layihə 2013-2015-ci illəri əhatə edir və onun icrası nəticəsində ölkənin ucqar kənd yerləri belə genişzolaqlı internetlə təmin olunacaq: «Artıq sözügedən layihənin icrasına başlanılıb. Ümumiyyətlə, layihənin icrası nəticəsində ölkədə genişzolaqlı internet istifadəçilərinin sıxlığının 85%-ə çatacağı gözlənilir».
Ə.Abbasov onu da qeyd edib ki, layihə çərçivəsində 2015-ci ilə qədər və sonrakı dövrdə əhali Bakı şəhərində 30-100 Mbit/saniyə, digər iri şəhərlər və rayon mərkəzlərində isə 10-30 Mbit/saniyə, qəsəbə və kənd yerlərində 10 Mbit/saniyə və daha çox sürətli genişzolaqlı internetlə təmin ediləcək.
Nazir həmçinin xatırladıb ki, hazırda ölkədə «elektron xidmət»lərdən əhalinin 7%-i istifadə edir: «Bu layihə nəticəsində 2020-ci ilədək «elektron xidmət»lərdən istifadə edənlərin payını 100%-ə çatdırmaq niyyətindəyik».
Qeyd edək ki, ölkədə genişzolaqlı internetin inkişafı layihəsinin icrasına Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 450 mln. ABŞ dolları məbləğində vəsait ayrılacaq. Layihənin birinci mərhələsinin maliyyələşdirilməsi üçün ARDNF tərəfindən 103,6 mln. manatın ayrılması nəzərdə tutulur və yaxın günlərdə layihənin maliyyələşdirilməsinə və tədbirlərin icrasına başlanılacağı qeyd edilib.
Xatırladaq ki, layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə «Hər evə optika» prinsipi üzrə yüksəksürətli və keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili üçün telekommunikasiya şəbəkəsinin müxtəlif istiqamətlərinə, ucqar yaşayış məntəqələrinə və magistral şəbəkədə ATS-dən 2 km-dən çox məsafədə yerləşən telefon şkaflarına fiber-optik kabel xətlərinin çəkilişi, kommutasiya və transmissiya qurğularının yeni xidmətlərə uyğun modernləşdirilməsi, telefonlaşdırılmamış yaşayış massivlərinin, çoxmərtəbəli binaların, qismən telefonlaşdırılmış yaşayış məntəqələrinin ən yeni texnologiyaların tətbiqi ilə telefonlaşdırılması, yeni ATS binalarının tikintisi, struktur və tarif islahatlarının həyata keçirilməsi, tənzimləmənin təkmilləşdirilməsi və digər məsələlərin həlli planlaşdırılır.
Baxış sayı: 860
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı