12px13px15px17px
Tarix:19/02/13

“Outlook.com” poçt xidmətinin istifadəçilərinin sayı açıqlanıb

"Outlook.com" pulsuz poçt xidmətinin istifadəyə verilməsindən ötən 6 ay ərzində onun istifadəçilərinin sayı 60 milyonu ötüb. Xatırladaq ki, xidmət işə salınandan cəmisi 6 saat sonra 1 milyon istifadəçi orada qeydiyyatdan keçmişdi.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2012-ci il noyabrın 27-dən 2013-cü il fevralın 18-dək olan dövrdə "Outlook.com" xidmətinin auditoriyasının artım tempi gündə orta hesabla 143 min istifadəçi olub. Mütəxəssislər proqram nəhənginin genişmiqyaslı reklam kampaniyasını nəzərə alaraq, bu göstəricinin o qədər də böyük olduğunu hesab etmirlər.

Bu yaxınlarda "Microsoft" şirkəti keçirdiyi "Scroogled!" adlanan kampaniyası çərçivəsində "Scroogled.com" saytında yeni videoçarx yerləşdirib. Çarxda "Gmail"-in poçt qutularının sahiblərinin yazışmasını "oxuduğu" barəsində məlumat verilib və "Microsoft" istifadəçiləri reklam satmaq üçün istifadəçilərin yazışmalarını oxumayan "Outlook.com" xidmətinə keçməyi təklif edib.

Emil Hüseynov



Baxış sayı: 815

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024