Tarix:21/02/13
"Ümumdünya Start-up Müsabiqəsi" ümumilikdə bu il ərzində 20 ölkədə keçiriləcək. Məhz "Azercell"in dəstəyi nəticəsində ilk dəfə azərbaycanlı gənclər də yarışmada iştirak haqqını qazanmış olurlar. Proqrama qatılan iştirakçılar informasiya texnologiyaları sahəsində biznes layihələrini təqdim edəcək və onları reallaşdırmaq üçün imkanlarla tanış olacaqlar, qrant qazanıb öz biznesini qurmaq imkanı əldə edəcəklər. "Ümumdünya Start-up Müsabiqəsi" iştirakçılara sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, biznes ideyalarını həyata keçirmək və onları beynəlxalq səviyyədə təşviq etmək şansını yaradır.
Yarışmanın ilk mərhələsində daxil olan müraciətlər "Azercell", "PAŞA Bank" və "Seedstars" şirkətlərinin mütəxəssisləri, həmçinin müstəqil ekspertlər qrupu tərəfindən dəyərləndiriləcək. Proqram çərçivəsində seçilmiş komandalara biznes layihələrində biliklərin tətbiqinə dair seminarlar təşkil olunacaq.
Final tədbirində qalib gələcək layihə müəllifləri müxtəlif hədiyyələr və ən əsası, 2014-cü ilin yanvar ayında İsveçrənin Lozanna şəhərində keçiriləcək "Qrand" Final tədbirində öz biznes ideyalarını beynəlxalq hakimlər qarşısında təqdim etmək şansını qazanacaq. Qalib çıxan komandalar texnologiya sahəsində təklif etdikləri biznes layihələrini reallaşdırmaq üçün investisiyalar, beynəlxalq mentor dəstəyi və Avropa ölkələrində özlərini tanıtmaq imkanını qazanacaqlar.
"Azercell" bundan öncə də "start-up" layihələrinin həyata keçirilməsini dəstəkləyən bir sıra proqramları reallaşdırmışdır. "Barama" İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən Elm və Texnologiya Sahibkarlıq Proqramının nəticəsində 4 biznes ideyasına dəstək verilmiş və həyata keçirilməsinə başlanılmışdır.
Qeyd edək ki, Azərbaycanda bu proqramın final tədbiri 29 mart 2013-cü il "ABŞ təhsilli Azərbaycan məzunları" İB konfrans zalında keçiriləcək.
Müraciət üçün "www.barama.az" saytına daxil olub müraciət ərizəsini doldurmaq lazımdır. Müraciətlər elektron variantda 10 mart 2013-cü il tarixinədək qəbul olunacaq.
“Ümumdünya Start-up Müsabiqəsi” başlayır
"Azercell Telekom" MMC və "PAŞA Bank" birgə yeni "Ümumdünya Start-up Müsabiqəsi" layihəsinə start verib. "Barama" İnnovasiya Mərkəzi və İsveçrənin "Seedstars" şirkəti ilə birlikdə reallaşdırılan bu layihənin məqsədi sahibkarlıq mədəniyyətini təşviq etmək və innovativ ideyaları olan insanlara dəstək verməkdir."Ümumdünya Start-up Müsabiqəsi" ümumilikdə bu il ərzində 20 ölkədə keçiriləcək. Məhz "Azercell"in dəstəyi nəticəsində ilk dəfə azərbaycanlı gənclər də yarışmada iştirak haqqını qazanmış olurlar. Proqrama qatılan iştirakçılar informasiya texnologiyaları sahəsində biznes layihələrini təqdim edəcək və onları reallaşdırmaq üçün imkanlarla tanış olacaqlar, qrant qazanıb öz biznesini qurmaq imkanı əldə edəcəklər. "Ümumdünya Start-up Müsabiqəsi" iştirakçılara sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, biznes ideyalarını həyata keçirmək və onları beynəlxalq səviyyədə təşviq etmək şansını yaradır.
Yarışmanın ilk mərhələsində daxil olan müraciətlər "Azercell", "PAŞA Bank" və "Seedstars" şirkətlərinin mütəxəssisləri, həmçinin müstəqil ekspertlər qrupu tərəfindən dəyərləndiriləcək. Proqram çərçivəsində seçilmiş komandalara biznes layihələrində biliklərin tətbiqinə dair seminarlar təşkil olunacaq.
Final tədbirində qalib gələcək layihə müəllifləri müxtəlif hədiyyələr və ən əsası, 2014-cü ilin yanvar ayında İsveçrənin Lozanna şəhərində keçiriləcək "Qrand" Final tədbirində öz biznes ideyalarını beynəlxalq hakimlər qarşısında təqdim etmək şansını qazanacaq. Qalib çıxan komandalar texnologiya sahəsində təklif etdikləri biznes layihələrini reallaşdırmaq üçün investisiyalar, beynəlxalq mentor dəstəyi və Avropa ölkələrində özlərini tanıtmaq imkanını qazanacaqlar.
"Azercell" bundan öncə də "start-up" layihələrinin həyata keçirilməsini dəstəkləyən bir sıra proqramları reallaşdırmışdır. "Barama" İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən Elm və Texnologiya Sahibkarlıq Proqramının nəticəsində 4 biznes ideyasına dəstək verilmiş və həyata keçirilməsinə başlanılmışdır.
Qeyd edək ki, Azərbaycanda bu proqramın final tədbiri 29 mart 2013-cü il "ABŞ təhsilli Azərbaycan məzunları" İB konfrans zalında keçiriləcək.
Müraciət üçün "www.barama.az" saytına daxil olub müraciət ərizəsini doldurmaq lazımdır. Müraciətlər elektron variantda 10 mart 2013-cü il tarixinədək qəbul olunacaq.
Baxış sayı: 771
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır