12px13px15px17px
Tarix:22/02/13

“Facebook” köhnə fotolarını harada saxlayacaq?

“Facebook” sosial şəbəkəsinin nümayəndələri “The Oregonian” nəşrinə verdikləri müsahibədə bildiriblər ki, Oreqon ştatının Prinvill şəhərində “Facebook”un yeni məlumat mərkəzi (datacenter) tikilir.

Şirkət burada ən qənaətcil xidmətlərini yerləşdirməyi planlaşdırır, lakin məlumatları saxlama sistemi heyrətləndiricidir: məlumat mərkəzində yerləşəcək bir neçə server zalının hər birində quraşdırılmış ümumi disklərin həcmi 1 ekzabaytı ötəcək.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Prinvill şəhərində inşa edilməkdə olan yeni məlumat mərkəzində sorğu intensivliyi ilə seçilməyən məlumatlar saxlanılacaq. “Facebook” nümayəndələrinin sözlərinə görə, hazırda “Facebook” şəbəkəsində trafikin 82%-i yalnız məzmunun 8%-i hesabına yaranır, məzmunun 92% isə şəbəkədə yerləşir və yalnız vaxtaşırı istifadə edilir.

Emil Hüseynov



Baxış sayı: 751

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024