Tarix:25/02/13
TİMS rəhbəri qeyd edib ki, "www.e-olimp.com" kimi saytlarda Azərbaycan dilində məsələlərin tərcümə edilərək yerləşdirilməsi ilə yanaşı, bu istiqamətdə öz milli resursumuzun hazırlanmasına da başlanılıb: "Yəqin ki, sayt yaxın zamanlarda işə düşəcək. Bununla da onlayn olimpiadaların keçirilməsi üçün Azərbaycanın öz saytı olacaq. Saytda respublika daxilində onlayn müsabiqələr aparılacaq".
Amma xarici ölkələrdən olan internet istifadəçiləri də sayta daxil ola biləcəklər. Belə ki, milli resursda Azərbaycan dili ilə yanaşı, rus dilində də məsələlərin yerləşdirilməsi nəzərdə tutulur: "Hələlik saytda yerləşdiriləcək tapşırıqların əsasən Azərbaycan dilində olması nəzərdə tutulur. Eyni zamanda ölkəmizdə təlim rus dilində olan siniflər üçün məsələlərin rus dilində yerləşdirilməsi planlaşdırılır. Bu da digər ölkələrdən olan istifadəçilərin sayta cəlbinə imkan verəcək.
Milli saytda "www.e-olimp.com" saytından tərcümə etdiyimiz məsələlərin bir qismindən də istifadə olunacaq". Qeyd edək ki, məktəblilər arasında keçirilən beynəlxalq, o cümlədən də milli informatika olimpiadaları təhsil və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynayır.
HƏQİQƏT
İnformatika üzrə onlayn olimpiadaların keçirilməsi üçün milli resurs hazırlanır
Azərbaycan İnformatika üzrə distant olimpiadaların keçirilməsi ilə bağlı tədbirlər üzərində işləyir. Onlayn olimpiadaların təşkili üçün istifadə olunacaq sayt artıq hazırlanma mərhələsindədir. Bu barədə Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsinin (TİMS) müdiri İsmayıl Sadıqov məlumat verib.TİMS rəhbəri qeyd edib ki, "www.e-olimp.com" kimi saytlarda Azərbaycan dilində məsələlərin tərcümə edilərək yerləşdirilməsi ilə yanaşı, bu istiqamətdə öz milli resursumuzun hazırlanmasına da başlanılıb: "Yəqin ki, sayt yaxın zamanlarda işə düşəcək. Bununla da onlayn olimpiadaların keçirilməsi üçün Azərbaycanın öz saytı olacaq. Saytda respublika daxilində onlayn müsabiqələr aparılacaq".
Amma xarici ölkələrdən olan internet istifadəçiləri də sayta daxil ola biləcəklər. Belə ki, milli resursda Azərbaycan dili ilə yanaşı, rus dilində də məsələlərin yerləşdirilməsi nəzərdə tutulur: "Hələlik saytda yerləşdiriləcək tapşırıqların əsasən Azərbaycan dilində olması nəzərdə tutulur. Eyni zamanda ölkəmizdə təlim rus dilində olan siniflər üçün məsələlərin rus dilində yerləşdirilməsi planlaşdırılır. Bu da digər ölkələrdən olan istifadəçilərin sayta cəlbinə imkan verəcək.
Milli saytda "www.e-olimp.com" saytından tərcümə etdiyimiz məsələlərin bir qismindən də istifadə olunacaq". Qeyd edək ki, məktəblilər arasında keçirilən beynəlxalq, o cümlədən də milli informatika olimpiadaları təhsil və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynayır.
HƏQİQƏT
Baxış sayı: 755
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır