12px13px15px17px
Tarix:25/02/13

Gənclər teatra internet vasitəsilə dəvət olunur

Gənclərin internet üzərindən, sosial şəbəkələr vasitəsilə ölkənin mədəniyyət ocaqlarında baş tutan müxtəlif tədbirlərə dəvət olunması artıq ənənəyə çevrilir. Belə ki, Sumqayıt şəhərində ilk dəfə 2011-ci ildə 10 apreldə həyata keçirilən və çox uğurla nəticələnən teatr aksiyası təkrar gündəmə qayıdıb.

Artıq sosial şəbəkələrdə "Facebook dostlarımız üçün: 3 mart Teatr aksiyası" adlı "Event" da yaradılıb.

"ICTnews" elektron xəbər xidmətinə aksiyanın təşkilatçısı, "Sumqayitxeber.com" saytının təsisçisi Eyvaz Qocayev bildirib ki, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında əməkdar artist Namis Şirməmmədovun quruluşunda Əli Əmirlinin "Köhnə ev" tamaşası səhnələşdiriləcək: "Tamaşa 3 mart saat 17:00-da Sumqayıt Dövlət Musiqili Dram Teatrında olacaq.

Aksiya çərçivəsində tamaşa üçün bilet qiyməti 1 manat olacaq. İlk keçirdiyimiz aksiya gənclər tərəfindən maraqla qarşılandığından belə mədəni aksiyaları davam etdirməyi qərara aldıq. Biz sosial şəbəkələrdə gəncləri teatra dəvət etməklə həm teatrımıza dəstəyimizi nümayiş etdirmiş olurduq, həm də gənclərin asudə vaxtını səmərəli keçirməsinə nail olurduq. Son zamanlar bu cür mədəni tədbirlərə fasilə verdiyimiz üçün gənclərin asudə vaxtının səmərəli keçirilməsi sahəsində boşluq hiss olunurdu.

Sosial şəbəkələrdə gənclərin istəklərini nəzərə alaraq yenidən bu cür aksiyalara başlamağı düşündük və 3 mart tarixində gənclər üçün teatr aksiyasını təşkil etdik. Artıq aksiya ilə bağlı üç mindən çox "Facebook" istifadəçisinə məlumat göndərmişik və məlumat göndərdiyimiz insanların əksəriyyəti teatra gələcəklərini qeyd ediblər".

HƏQİQƏT



Baxış sayı: 406

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Oktyabr 2019

22 10 2019

22/10/19
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib

Bu gün ADA Universitetində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat,

22/10/19
Böyük Britaniyada hava taksisi sınaqdan keçirilir

Böyük Britaniyanın “Vertical Aerospace” startapı öz yeni hava taksisinin ilk sınaq uçuşunu nümayiş etdiri

22/10/19
2-ci “Bakı Elektron Ticarət Forumu” davam edir

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 20

22/10/19
Böyük data mərkəzlərinin sayı 500-ü ötüb

Bu ilin üçüncü rübündə dünyada hipermiqyaslanan data mərkəzlərinin sayı 504-ə çatıb. Bu göstəri

22/10/19
Sinqapurda 3D printerdə şokolad-konfetlər çap edilib

Sinqapurlu mühəndislər şokoladları 3D printerdə çap ediblər, “Scientific Reports” jurnalı məlumat verib.

22/10/19
BMT robot qatillərin tətbiqini qadağan edən beynəlxalq saziş hazırlamağa çağırır

Nobel mükafatı laureatı Codi Uilyams Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçirilən mətbuat 

22/10/19
Ən sürətli mobil prosessorların reytinqi dərc edilib

Çinin smartfonların testində ixtisaslaşan populyar “Master Lu” servisi 2019-cu ilin üçüncü

22/10/19
“Kaspersky Antidrone” sistemi satışa çıxarılacaq (Video)

Rusiyanın “Kasperski laboratoriyası” antivirus şirkəti antidron sisteminin satışlarına başlayacaq.

22/10/19
“HTC” blokçeyn smartfonunu təqdim edib

"HTC" şirkəti kriptovalyuta istifadəçiləri üçün nəzərdə tutulmuş "Exodus 1s" smartfonu üç

22/10/19
Bu ölkənin universitetlərində smartfonlardan istifadəyə qadağa qoyulub

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatındakı kollec və universitetlərdə smartfonlardan istifadə