Tarix:25/02/13
"Mitsubishi Electric Corporation"nin böyük vitse-prezidenti Takashi Sasakavanın rəhbərlik etdiyi Nümayəndə Heyətinin səfərində məqsəd 27-28 fevral tarixlərində Bakıda keçiriləcək "Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarı" ("Azerbaijan-Japan Space Sector Workshop") adlı tədbirdə iştirak etməkdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirləcək tədbir "Hilton Baku" mehmanxanasının "Sevda" zalında baş tutacaq. Yaponiyanın hər il müxtəlif ölkələrdə keçirdiyi eyniadlı tədbirlər silsiləsinin ölkəmizdə keçirilməsinin əsas məqsədi Azərbaycan-Yaponiya iqtisadi əlaqələrinin inkişafının təmin edilməsi və ikitərəfli əməkdaşlığa töhfə verilməsidir.
Qeyd edək ki, nümayəndə heyətinin 26 fevral günün ikinci yarısında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşü nəzərdə tutulur.
28 fevral tarixində yaponiyalı qonaqların nazir müavini Elmir Vəlizadənin müşayiəti ilə baş nazirin müavini,Yapon-Azərbaycan Hökumətlərarası komissiyanın həmsədri Abid Şərifovla görüşünün keçirilməsi planlaşdırılıb.
Həmçinin 28 fevralda nümayəndə heyətinin Peykin Yerüstü İdarəetmə Mərkəzi ilə tanışlığı da nəzərdə tutulub.
“Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarı” keçiriləcək
26-28 fevral tarixlərində Yaponiya Nümayəndə Heyətinin Azərbaycana rəsmi səfəri başlayır. Nümayəndə Heyətinin təmsil etdiyi dövlət və özəl qurumlara Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi, "Mitsubişi" Elektrik Korporasiyası, "Mitsubişi" Ağır Sənaye MMC, "Nippon" Elektrik Korporasiyası, IHI Corporation, IHI AEROSPACE Co., Ltd, PASCO, JAMSS, "Mitsubishi", "Sumitomo", "Itochu Corporation" korporasiyaları, Yaponiya Kosmos Forumu, Yaponiya Aerokosmik Tədqiqat Agentliyi, Yaponiya Kosmos Sistemləri, Yaponiya Uzaqdan İdarəetmə Mərkəzi, Yaponiya aerokosmik şirkətləri cəmiyyəti daxildir."Mitsubishi Electric Corporation"nin böyük vitse-prezidenti Takashi Sasakavanın rəhbərlik etdiyi Nümayəndə Heyətinin səfərində məqsəd 27-28 fevral tarixlərində Bakıda keçiriləcək "Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarı" ("Azerbaijan-Japan Space Sector Workshop") adlı tədbirdə iştirak etməkdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirləcək tədbir "Hilton Baku" mehmanxanasının "Sevda" zalında baş tutacaq. Yaponiyanın hər il müxtəlif ölkələrdə keçirdiyi eyniadlı tədbirlər silsiləsinin ölkəmizdə keçirilməsinin əsas məqsədi Azərbaycan-Yaponiya iqtisadi əlaqələrinin inkişafının təmin edilməsi və ikitərəfli əməkdaşlığa töhfə verilməsidir.
Qeyd edək ki, nümayəndə heyətinin 26 fevral günün ikinci yarısında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşü nəzərdə tutulur.
28 fevral tarixində yaponiyalı qonaqların nazir müavini Elmir Vəlizadənin müşayiəti ilə baş nazirin müavini,Yapon-Azərbaycan Hökumətlərarası komissiyanın həmsədri Abid Şərifovla görüşünün keçirilməsi planlaşdırılıb.
Həmçinin 28 fevralda nümayəndə heyətinin Peykin Yerüstü İdarəetmə Mərkəzi ilə tanışlığı da nəzərdə tutulub.
Baxış sayı: 1574
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır