12px13px15px17px
Tarix:26/02/13

Azərbaycanda tətbiq ediləcək Mobil cihazların qeydiyyat sistemi istifadəçilərin maraqlarının qorunmasına yönəlib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yaxın müddət ərzində tətbiq ediləcək Mobil cihazların qeydiyyat sistemi (MCQS) istehlakçıların maraqlarının qorunmasına yönəldilib.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası» çərçivəsində Azərbaycanda mobil cihazlar bazarının tənzimlənməsi ilk növbədə mobil cihazların istifadəçilərinin təhlükəsizliyi və rahatlığına xidmət edəcək.

Qaydalar tətbiq edildikdən sonra mobil telefonların oğurlanması minimuma endiriləcək. Bununla yanaşı, telefonun sahibinə qaytarılması şansı da dəfələrlə artacaqdır. Bu, hər bir mobil telefonun beynəlxalq IMEI kodunun MCQS-də qeydiyyatı ilə baglıdır.

Müəyyən mənada bank debit/kredit kartlarının bloklaşdırma prinsipinə oxşar olan bu qeydiyyat sistemi vasitəsilə oğurlanmış və itirilmiş mobil telefon bloklaşdırılacaq və onun Azərbaycanda istifadəsi mümkünsüz olacaq. Bunun üçün telefon sahibinin mobil rabitə operatorlarının müştəri xidmətləri mərkəzlərinə və ya Mobil Cihazların Qeydiyyat Mərkəzinə müraciət etməsi kifayət edəcək.

Həmçinin, oğurlanmış mobil telefonun IMEI kodu beynəlxalq qara siyahıya salınaraq onun dünyanın bir çox ölkələrində istifadəsinin qarşısını alacaq. Qeyd etmək lazımdır ki, dünyanın bir çox ölkələri Mobil cihazların qeydiyyat sisteminin tətbiqinə üstünlük verməkdədir. ABŞ, Türkiyə, Hindistan artıq bu sistemi tətbiq ediblər. Avropa Birliyi ölkələrində oğurluq telefonların mobil rabitə şəbəkələrində istifadəsinin qarşısının alınması üçün xüsusi informasiya mübadiləsi sistemi istifadədədir. Misal üçün, bu sistemə 2001-ci ildən indiyədək Böyük Britaniyada oğurlanan 710 min mobil telefon qeydiyyata alınıb.

Avropa Birliyi üzrə informasiya mübadiləsi sisteminin tətbiqindən sonra regionda telefon oğurluqlarının sayı dəfələrlə azalıb. Türkiyədə Mobil cihazların qeydiyyat sistemi tətbiq edilənə qədər 3 il ərzində mobil telefonlarla baglı 7 qətl hadisəsi, 31,2 min oğurluq faktı qeydiyyata alınmışdı.

IMEI kodların tətbiqindən sonra mobil telefonlarla baglı cinayətlərin sayı kəskin dərəcədə azalıb. Küçələrdə törədilən cinayətlərin əksəriyyətində mobil cihazların ən qiymətli əşya olduğunu nəzərə alaraq Rusiya da Mobil cihazların qeydiyyat sisteminin tətbiqini planlaşdırır.



Baxış sayı: 1077

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Aprel 2020

04/04/20
2020-ci ildə mobil telefonların qlobal satış həcmi 13% azalacaq

2020-ci ildə mobil telefonların qlobal satış həcmi 13% azalacaq

04/04/20
“Moto G8 Power Lite” smartfonu təqdim edilib

“Motorola” brendi öz smartfon çeşidinə “Moto G8 Power Lite” modelini əlavə edib.

03 04 2020

03/04/20
Analitiklər pandemiyanın İT bazarına təsirini qiymətləndiriblər

“IDC” analitik şirkətinin proqnozuna görə, 2020-ci ildə qlobal informasiya texnologiyaları bazarının həcm

03/04/20
“Xiaomi” şirkəti “Redmi 8A Pro” ucuz smartfonunu təqdim edib

Çinin “Xiaomi” şirkəti yeni “Redmi 8A Pro” ucuz smartfonunu təqdim edib. İndoneziyada təqdim edilmiş apar

03/04/20
Koronavirusa görə mobil əlavələr üçün xərclər iki dəfə artacaq

Koronavirusa görə izolyasiya fonunda mobil əlavələrin populyarlığının artması beş il ərzində proqramlarda

03/04/20
Smartfonun köməyilə sifətin 3D modelinin yaradılması üçün texnologiya təqdim olunub

Karneqi-Mellon Universitetinin mütəxəssisləri smartfonun köməyilə sifətin 3D modelinin yaradılması üçün t

03/04/20
İkiekranlı “Asus” oyun noutbuku təqdim olunub

“Asus” şirkəti iki ekranla təchiz edilən “ROG Zephyrus Duo 15” oyun noutbukunu nümayiş etdirib.

03/04/20
“Samsung” karantinə yerləşdirilən koronavirus xəstələrinə smartfonlar paylayır

Cənubi Koreyanın “Samsung” şirkəti koronavirus epidemiyası ilə mübarizəyə töhfə verməyə başlayaraq xəstə,

03/04/20
“NASA” koronavirusla mübarizə ilə məşğul olacaq

ABŞ Kosmik Agentliyi (NASA) bütün planeti bürüyən və on minlərlə insanın həyatına 

03/04/20
“Facebook” pulsuz qrup videoçat funksiyasına malik proqramını təqdim edib

“Facebook” şirkəti istifadəçilərə “Zoom” kommunikasiya xidmətinin analoqunu – “Messenger”in mas

03/04/20
“Cognitive Pilot” sürücüsüz avtomobillər üçün kiçik radar təqdim edib

“Cognitive Pilot” sürücüsüz avtomobillər üçün kiçik radar təqdim edib. Hərəkət radiusu 1