12px13px15px17px
Tarix:27/02/13

“Facebook” haqqında maraqlı faktlar

2004-cü ildə fəaliyyətə başlayan və virtual ünsiyyət imkanları haqda təsəvvürümüzdə sıçrayışa səbəb olan "Facebook" daha çox insan reallığına inteqrasiya edir. Bu social şəbəkənin hər gün sürətlə artan populyarlığı şəbəkə istifadəçilərinin sayının 100 milyonlarla ölçülməsinə gətirib çıxarmışdır.

"ICTnews.az" elektron xəbər xidməti "ict.az" saytına istinadən bildirir ki, rəsmi mənbələrdən əldə edilmiş və müstəqil tədqiqatların nəticələrinə görə müəyyən olunmuş maraqlı faktlar insanların sosial şəbəkə haqqında məlumatlarını daha da artıracaq.

Əsas faktlar

"Facebook"da 1 milyarddan çox insan qeydiyyatdan keçib. Bütün istifadəçilərin orta hesabla 50%-i sayta hər gün daxil olur.

Hazırda şəbəkə istifadəçiləri arasında ən sürətlə artan yaş qrupu 35-dən başlayır və yaşlı nəslin nümayəndələri də gənclərə qoşulur.

Hər gün 35 milyondan çox istifadəçi statusunu yeniləyir.

Şəbəkə istifadəçiləri hər ay 2,5 milyard fotoşəkil və 14 milyon videoçarx yükləyir.

İstifadəçilər "Paylaş" düyməsinin köməyilə həftə ərzində bir-birilə 3,5 milyarddan çox kontent (istinadlar, şəkillər, videolar, qeydlər və s.) bölüşürlər.

"Facebook"-da hər ay 3,5 milyondan çox tədbir təşkil olunur.

Saytda 1,6 milyondan çox aktiv səhifə mövcuddur.

Orta hesabla hər bir istifadəçi 130 dosta malikdir və ay ərzində 8 dostluq sorğusu göndərir.

Bir nəfər şəbəkədən istifadəyə orta hesabla 55 dəqiqədən çox vaxt sərf edir.

Dünya üzrə bütün istifadəçilər isə şəbəkəyə hər gün 6 milyard dəqiqədən çox vaxt sərf edirlər ki, bu da "Google"un saytı ilə müqayisədə iki dəfə çoxdur.

Bir istifadəçi hər ay təxminən 9 dəfə "Bəyəndim" düyməsindən istifadə edir.

Ay ərzində müxtəlif mövzular üzrə 25 şərh yazır, 25 qrupda iştirak edirlər.

1 ay müddətində ən azı 2 səhifəyə üzv olurlar.

Ay ərzində üç tədbirə dəvət olunurlar.

Dünyada yeri

"Facebook" 70-dən çox dilə tərcümə olunub.

Saytın təxminən 70% istifadəçisi ABŞ-da yaşamayan insanlardır.

Dublin, London, Paris, Sidney, Toronto, Nyu-York, Çikaqo, Atlanta, Dallas və Detroit Facebook-un ofislərinin yerləşdiyi şəhərlərdir.

300 mindən çox istifadəçi "Facebook"un müxtəlif dillərə tərcüməsi prosesində iştirak edib.

Bu da son deyil

70%-dən çox istifadəçi saytın bu və ya digər proqramından istifadə edir. 65 milyondan çox istifadəçi "Facebook" mobil telefon vasitəsilə istifadə edir. Üstəlik, onlar şəbəkənin kompüter istifadəçilərindən 50% daha aktivdirlər.

ABŞ psixoloqları yeni "Facebook-aslılıq" (FAD) adlı tibbi diaqnoz haqqında məlumat veriblər.

"Facebook"un yaradıcısı Mark Zukerber dünyanın ən gənc milyarderi hesab olunur.

2009-cu ilin sentyabrında Mark Zukerberq ilk dəfə "Facebook"un xərclədiyindən daha çox pul qazandığını elan edib.

Floridada məhkəmə etikasının Məsləhətçi komitəsi bu ştatın hakimləri və vəkillərinə "Facebook"da dost olmağı qadağan edib.

Suriya, Çin və İran Facebook-dan istifadəni qadağan edən ölkələrdir.

Bu yaxınlarda Amerikanın ən iri kolleclərində aparılan sorğular aşkar edib ki, qəbul komissiyasının 10%-i abituriyentlərin qiymətləndirilməsi üçün "Facebook"dakı profillərinə baxırlar.

Rusiyanın investisiya şirkəti olan "Digital Sky Technologies" "Facebook"-a 200 milyon dollar həcmində sərmayə qoyub.

Ötən il "Goldman Sachs" və "DST" bankları birləşərək sosial şəbəkənin inkişafına daha 500 milyon dollar sərmayə yatırıblar.

"Facebook"a sərmayə qoyan ilk insanlardan biri "PayPal"-ın yaradıcısı Piter Til olmuşdur. O, 2004-cü ilin iyun ayında "Facebook" layihəsinə 500 000 dollar pul ayırmışdı.

2009-cu ilin dekabrında "Facebook"un məxfilik tənzimləmələrində dəyişiklik edilən zaman, Zukerberqin köynəksiz və sərxoş vəziyyətdə təsvir olunduğu qeyri-rəsmi fotosu cəmiyyətdə böyük əks-səda doğurmuşdu.

Kanadada "IBM"in 20 yaşlı əməkdaşı sığorta şirkətindən xəstəliyinə görə maddi yardım ala bilməmişdi. Çünki şirkət onun xəstəlik məzuniyyətində olduğu dövrdə "Facebook" səhifəsində yerləşdirdiyi pozitiv şəklinə rast gəlmişdi. Həmin əməkdaşın xəstəliyi isə depressiya olub.

Avstraliyada ittihamçını məhkəmə bildirişi haqqında xəbərdar etmək üçün "Facebook"dan istifadə protokulu fəaliyyət göstərir. İstifadəçi səhifəsində yerləşdirilmiş "məhkəməyə çağırış vərəqəsi" hüquqi cəhətdən məcburi hesab olunur.

Şəbəkə istifadəçilərindən birinin paylaşdığı informasiya böyrək bağışlanmasına səbəb olmuşdu.

"Facebook" üçün proqramların hazırlanmasında 800 000 layihəçi iştirak edir.

Emil Hüseynov



Baxış sayı: 1280

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024