12px13px15px17px
Tarix:27/02/13

“Nielsen”: mobil qurğulardan istifadə ölkələrə görə fərqidir

"Nielsen" şirkəti müxtəlif ölkələrin vətəndaşlarının mobil qurğulardan istifadəsinə dair fərqli yanaşmasını əks etdirən məlumat dərc edib. Belə ki, Avstraliya, Braziliya, Çin, Hindistan, İtaliya, Rusiya, Cənubi Koreya, Türkiyə, Böyük Britaniya və ABŞ-da mobil qurğulardan istifadə xüsusiyyətləri təhlil edilib.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, araşdırmaya əsasən müəyyən edilib ki, "ağıllı" telefon və funksional mobil telefonlar daha populyardır.

Lakin müxtəlif ölkələrdə onlardan istifadə dərəcəsi fərqlidir. Məsələn, Cənubi Koreyada mobil qurğuların 67%-ni "ağıllı" telefonlar təşkil edir. Bu göstərici üzrə Çin (66%) və Avstraliya (65%) vətəndaşları müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıb. Lakin Hindistanda mobil qurğuların yalnız 10%-ni "ağıllı" telefonlar təşkil edir. Türkiyədə bu göstərici 19%-ə bərabərdir. Braziliyada multimedia imkanlarına malik telefonlar populyardır.

Müxtəlif ölkələrdə mobil tətbiqlərdən istifadə üsulları da fərqlidir. Məsələn, ABŞ-da naviqasiya, sosial şəbəkələrdə əlaqə qurmaq, videoya baxmaq üçün tətbiqlər, Çində isə oyun, hava proqnozu, sosial şəbəkələr, naviqasiya və xəbərlər üçün tətbiqlər populyardır.

Emil Hüseynov



Baxış sayı: 755

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024