Tarix:01/03/13
Komissiyanın iclasında, RRB-yə üzv ölkələrin milli qanunvericiliyin müxtəlif istiqamətləri, beynəlxalq çağırışların başa çatdırılmasına operatorlararası tariflərin unifikasiyası üzrə işlər, stasionar və mobil şəbəkələrdə çağırışların "LRIC" modeli əsasında qiymətinin hesablanması, Azərbaycanda İKT sektorunun və informasiya cəmiyyətinin inkişafının iqtisadi aspektləri müzakirə ediləcək.
Eyni zamanda, operatorlararası mobil və stasionar rabitə xidmətləri bazarı analiz ediləcək.
Bununla yanaşı, iclas çərçivəsində, rəqəmli yayım xidmətlərinin tənzimlənməsi üzrə qaydalara, radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi, insan resurslarının inkişaf etdirilməsi, İKT üzrə statistik göstəricilərin təkmilləşdirilməsi məsələlərinə də baxılacaq.
AYNUR
Azərbaycanda rabitənin iqtisadi aspektlərinin tənzimlənməsi üzrə beynəlxalq tədbir keçiriləcək
Azərbaycanda martın 29-da Regional Rabitə Birliyinin (RRB) rabitə iqtisadiyyatı komissiyası üzrə 31-ci iclası keçiriləcək. Naxçıvanda keçiriləcək iclasdan öncə, 27-29 mart tarixində, Beynəlxalq Telekommunikasiya İttifaqının "Beynəlxalq standartlara uyğun olaraq telekommunikasiya/İKT İndikatorlarının unifikasiyası" mövzusunda seminarı keçiriləcək.Komissiyanın iclasında, RRB-yə üzv ölkələrin milli qanunvericiliyin müxtəlif istiqamətləri, beynəlxalq çağırışların başa çatdırılmasına operatorlararası tariflərin unifikasiyası üzrə işlər, stasionar və mobil şəbəkələrdə çağırışların "LRIC" modeli əsasında qiymətinin hesablanması, Azərbaycanda İKT sektorunun və informasiya cəmiyyətinin inkişafının iqtisadi aspektləri müzakirə ediləcək.
Eyni zamanda, operatorlararası mobil və stasionar rabitə xidmətləri bazarı analiz ediləcək.
Bununla yanaşı, iclas çərçivəsində, rəqəmli yayım xidmətlərinin tənzimlənməsi üzrə qaydalara, radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi, insan resurslarının inkişaf etdirilməsi, İKT üzrə statistik göstəricilərin təkmilləşdirilməsi məsələlərinə də baxılacaq.
AYNUR
Baxış sayı: 972
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı