12px13px15px17px
Tarix:02/03/13

Aqrar sahədə innovasiya texnologiyalarının tətbiqi nəzərdən keçiriləcək

İnnovasiya texnologiyalarının tətbiqi bu dəfə aqrar sahədə nəzərdən keçiriləcək. Belə ki, İsraildə “Südçülük istiqamətli heyvandarlıqda innovasiya texnologiyalarının və idarəetmə üsullarının tətbiqi” kursunun keçirilməsi planlaşdırılır.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. AZPROMO-dan bildirilib ki, ferma rəhbərləri, zoomühəndislər və baytar həkimləri bu kursa dəvət olunurlar:

“Kurs rus dilində aparılacaq və apreldən 22-dən başlayaraq, 9 may tarixinədək davam edəcək. İştirakçıların uçuş xərclərindən başqa bütün xərclər İsrail tərəfindən qarşılanacaq”.

Fonddan qeyd edilib ki, kursda iştirak etmək istəyən heyvandarlıq müəssisələrinin nümayəndələri tez bir zamanda AZPROMO-ya (agasimli@azpromo.az, tel.: 598 01 47/48, dax.: 104) müraciət etmələridirlər.

HƏQİQƏT



Baxış sayı: 838

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024