12px13px15px17px
Tarix:02/03/13

Naxçıvan MR-də hər 100 ailəyə düşən sabit telefonların sayı 66-ya çatdırılıb

1 yanvar 2013-cü il tarixə Naxçıvan Muxtar Respublikasında hər 100 ailəyə düşən sabit telefonların sayı 66-ya çatdırılıb. Naxçıvan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, hazırda muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin 87,3 faizi optik şəbəkəyə birləşdirilib.

Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan verib, ötən ilin avqust ayından etibarən Naxçıvan şəhərində "Evədək optika" layihəsinin icrasına başlanılıb. Bununla yanaşı, telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə Naxçıvan-Türkiyə-Gürcüstan-Bakı istiqamətində optik kabel üzərindən rabitə kanalları yaradılıb, Naxçıvan-İran-Bakı istiqamətində yeni STM-16 səviyyəli telekommunikasiya əlaqələri təşkil edilib.

Eyni zamanda muxtar respublikaya daxil olan internetin sürəti artırılıb, ümumtəhsil məktəblərində quraşdırılan kompüterlərin 83 faizi internetə qoşulub, internet xidmətlərinin tarifləri aşağı salınıb. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 80 faizində simsiz internet, 58 faizində isə genişzolaqlı internet xidmətləri göstərilir.

CAHANGİR



Baxış sayı: 998

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024