12px13px15px17px
Tarix:04/03/13

Sabah Almaniyada İKT üzrə “CeBIT 2013” sərgisi işə başlayacaq

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru üzrə ixtisaslaşdırılmış məşhur "CeBIT 2013" sərgisi martın 5-dən 9-dək Almaniyanın Hannover şəhərində keçiriləcək.

Sərgi sözügedən sahənin perspektivlərini ifadə edir, yeni texnologiyalarla tanışlıq məqsədi daşıyır, həmçinin fəaliyyətin müxtəlif sferalarının informasiyalaşdırılmasında mühüm rol oynayır.

Bu il tədbirin rəsmi partnyoru Polşa seçilib. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) nümayişi sahənin dörd seqmentini birləşdirir: biznes (CeBIT pro), istehlakçılar (CeBIT life), dövlət sektoru (CeBIT gov), elmi araşdırmalar və innovasiyaların inkişafı üçün İT həllər (CeBIT lab).

"CeBIT 2013"-ün təşkilatçıları tərəfindən sərgi çərçivəsində seminarların, "dəyirmi masa"ların, müzakirələrin və İT sahəsində əsas nailiyyətlərin mükafatlandırılması mərasiminin təşkil olunması da planlaşdırılır. Sərgidə 60 ölkədən 5000-dən artıq jurnalist və bloqçunun iştirakı gözlənilir.

CAHANGİR



Baxış sayı: 917

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024