Tarix:04/03/13
Avropa ilə Yaxın Şərqi Frankfurtdan Barkiyədək birləşdirəcək beynəlxalq kabel magistralının tikintisi layihəsinin həyata keçirilməsi üçün yaradılmış konsorsiumun tərkibinə "Rostelecom", "Cable & Wireless"," TIC" və "Omantel" operatorları daxildir.
"Rostelecom"un mətbuat xidmətinin məlumatına əsasən, yanvar ayından etbarən magistralda test işləri aparılır və hal-hazırda avadanlıqda aşkar edilmiş natamamlıqlar aradan qaldırılır və testlər ugurla keçirildiyi halda, martın birinci həftəsi ərzində magistralın istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, layihənin həyata keçirilməsi üzrə konsorsium 2011-ci ilin may ayında yaradılıb. "Cable & Wireless"in qurduğu magistral Avropanı Ukrayna ilə birləşdirir, Rusiyanın sərhədinə kimi çəkilir və Rusiya-Ukrayna sərhədindən Azərbaycan seqmenti üzərindən İrana doğru davam edir. İranla Fars körfəzi arasında fiber-optik kabel magistralının çəkilməsi işinə "TIC" şirkəti, layihənin Omana qədər davam edən seqmentinin tikintisinə isə "Omantel" şirkəti cavabdehdi.
Yeni kabel magistralının planlaşdırılan tutumu 0,5 Tbit/s təşkil edir. "ComNews Research" şirkətinin hesablamalarına görə, "EPEG" şəbəkəsinin ümumi uzunluğu 6 min km, onun ümumi qiyməti isə 200 mln. dollar təşkil edir.
Azərbaycan seqmentinin tikintisini ölkədə ilk internet backbone "Delta Telecom" şirkəti həyata keçirib. "Delta Telecom" şirkətinin kommersiya direktoru Rahid Ələkbərlinin «Ictnews»-a verdiyi məlumata əsasən, layihənin Azərbaycan seqmentinin testləşdirilməsi uğurla başa çatıb və konsorsium tərəfindən qəbul olunub.
Aynur Vəliyeva
“EPEG” magistralı bu həftə kommersiya istismarına verilməlidir
"EPEG" (Europe Persia Express Gateway) layihəsi üzrə konsorsium yaxın günlərdə beynəlxalq kabel magistralını kommersiya istismarına verməyi planlaşdırıb.Avropa ilə Yaxın Şərqi Frankfurtdan Barkiyədək birləşdirəcək beynəlxalq kabel magistralının tikintisi layihəsinin həyata keçirilməsi üçün yaradılmış konsorsiumun tərkibinə "Rostelecom", "Cable & Wireless"," TIC" və "Omantel" operatorları daxildir.
"Rostelecom"un mətbuat xidmətinin məlumatına əsasən, yanvar ayından etbarən magistralda test işləri aparılır və hal-hazırda avadanlıqda aşkar edilmiş natamamlıqlar aradan qaldırılır və testlər ugurla keçirildiyi halda, martın birinci həftəsi ərzində magistralın istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, layihənin həyata keçirilməsi üzrə konsorsium 2011-ci ilin may ayında yaradılıb. "Cable & Wireless"in qurduğu magistral Avropanı Ukrayna ilə birləşdirir, Rusiyanın sərhədinə kimi çəkilir və Rusiya-Ukrayna sərhədindən Azərbaycan seqmenti üzərindən İrana doğru davam edir. İranla Fars körfəzi arasında fiber-optik kabel magistralının çəkilməsi işinə "TIC" şirkəti, layihənin Omana qədər davam edən seqmentinin tikintisinə isə "Omantel" şirkəti cavabdehdi.
Yeni kabel magistralının planlaşdırılan tutumu 0,5 Tbit/s təşkil edir. "ComNews Research" şirkətinin hesablamalarına görə, "EPEG" şəbəkəsinin ümumi uzunluğu 6 min km, onun ümumi qiyməti isə 200 mln. dollar təşkil edir.
Azərbaycan seqmentinin tikintisini ölkədə ilk internet backbone "Delta Telecom" şirkəti həyata keçirib. "Delta Telecom" şirkətinin kommersiya direktoru Rahid Ələkbərlinin «Ictnews»-a verdiyi məlumata əsasən, layihənin Azərbaycan seqmentinin testləşdirilməsi uğurla başa çatıb və konsorsium tərəfindən qəbul olunub.
Aynur Vəliyeva
Baxış sayı: 1092
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib