Tarix:05/03/13
Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev bildirib ki, Bakı şəhəri və Abşeron yarımadasında ilkin olaraq 3 stasionar və 1 mobil radiomonitorinq məntəqələri təşkil ediləcək. Onun sözlərinə görə, Bakı şəhərində ilkin olaraq İdarəetmə Mərkəzinin qurulması üçün Abşeron rayonunun Mehdiabad qəsəbəsində ayrılmış ərazidə tikinti işləri aparılır. Artıq idarəetmə mərkəzi və efirə radionəzarət məntəqəsi üçün müvafiq infrastruktur tikilib.
Yeni Günəşlidə efirə radionəzarət məntəqəsi üçün ofis alınıb və lazımi işlər görülüb. Sahil qəsəbəsində mövcud efirə radionəzarət məntəqəsi beynəlxalq standartlara uyğun olduğundan burada yalnız avadanlıqlar müasirləşdiriləcək.
Bu məqsədlə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan vəsait hesabına və Satınalmalar üzrə Dövlət Agentliyinin müvafiq razılıq məktubu əsasında ilkin mərhələdə Bakı və Abşeron yarımadasında 2 stasionar, 1 mobil və idarəetmə mərkəzi avadanlıqlarının alınıb qurulması məqsədilə qapalı tender keçirilib və tenderin qalibi “Sinam” MMC olub.
Baş mühəndis bildirib ki, stasionar məntəqələrdə ilkin olaraq 40 QHs-ə qədər radiomonitorinq və pelenqasiya, 18 QHs-ə qədər olan genişzolaqlı və müxtəlif modulyasiyalı radiosiqnalların (Məs: TV, FM, GSM, CDMA, WiMax, WiFi, Trank, DVB-T və s.) analiz-təhlil imkanlarının olması nəzərdə tutulub (Gələcəkdə genişlənmə imkanları olmaqla). Həmçinin stasionar məntəqələrin İdarəetmə mərkəzindən idarə edilməsi və məntəqələrarası məlumatların sürətli mübadiləsi üçün optik rabitə təşkil olunacaq.
Mobil stansiyada ilkin olaraq 44 QHs-ə qədər radiomonitorinq və pelenqasiya və 18 QHs-ə qədər olan genişzolaqlı və müxtəlif modulyasiyalı radiosiqnalların analiz-təhlil imkanlarının olması nəzərdə tutulub.
Qeyd olunan işlər üzrə tenderin qalib şirkəti ilə müqavilə bağlanılmış və müqavilə üzrə 2013-cü ilin dekabrında bu mərhələ üzrə işlərin sona çatdırılması nəzərə tutulur.
RƏVAN
Mərkəzləşmiş Avtomatik Radiomonitorinq şəbəkəsi üçün müvafiq infrastruktur tikilib
Mərkəzləşmiş Avtomatik Radiomonitorinq şəbəkəsinin yaradılması üçün işlər davam etdirilir.Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev bildirib ki, Bakı şəhəri və Abşeron yarımadasında ilkin olaraq 3 stasionar və 1 mobil radiomonitorinq məntəqələri təşkil ediləcək. Onun sözlərinə görə, Bakı şəhərində ilkin olaraq İdarəetmə Mərkəzinin qurulması üçün Abşeron rayonunun Mehdiabad qəsəbəsində ayrılmış ərazidə tikinti işləri aparılır. Artıq idarəetmə mərkəzi və efirə radionəzarət məntəqəsi üçün müvafiq infrastruktur tikilib.
Yeni Günəşlidə efirə radionəzarət məntəqəsi üçün ofis alınıb və lazımi işlər görülüb. Sahil qəsəbəsində mövcud efirə radionəzarət məntəqəsi beynəlxalq standartlara uyğun olduğundan burada yalnız avadanlıqlar müasirləşdiriləcək.
Bu məqsədlə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan vəsait hesabına və Satınalmalar üzrə Dövlət Agentliyinin müvafiq razılıq məktubu əsasında ilkin mərhələdə Bakı və Abşeron yarımadasında 2 stasionar, 1 mobil və idarəetmə mərkəzi avadanlıqlarının alınıb qurulması məqsədilə qapalı tender keçirilib və tenderin qalibi “Sinam” MMC olub.
Baş mühəndis bildirib ki, stasionar məntəqələrdə ilkin olaraq 40 QHs-ə qədər radiomonitorinq və pelenqasiya, 18 QHs-ə qədər olan genişzolaqlı və müxtəlif modulyasiyalı radiosiqnalların (Məs: TV, FM, GSM, CDMA, WiMax, WiFi, Trank, DVB-T və s.) analiz-təhlil imkanlarının olması nəzərdə tutulub (Gələcəkdə genişlənmə imkanları olmaqla). Həmçinin stasionar məntəqələrin İdarəetmə mərkəzindən idarə edilməsi və məntəqələrarası məlumatların sürətli mübadiləsi üçün optik rabitə təşkil olunacaq.
Mobil stansiyada ilkin olaraq 44 QHs-ə qədər radiomonitorinq və pelenqasiya və 18 QHs-ə qədər olan genişzolaqlı və müxtəlif modulyasiyalı radiosiqnalların analiz-təhlil imkanlarının olması nəzərdə tutulub.
Qeyd olunan işlər üzrə tenderin qalib şirkəti ilə müqavilə bağlanılmış və müqavilə üzrə 2013-cü ilin dekabrında bu mərhələ üzrə işlərin sona çatdırılması nəzərə tutulur.
RƏVAN
Baxış sayı: 1050
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı