Tarix:01/08/11
Rəqəmli TV-nin optimal yayımı üçün tələb olunan vericilərin və digər avadanlıqların siyahısını hazırlamaq, siyahıya uyğun verici və digər avadanlıqların alınıb quraşdırılması üzrə iş qrafikinin hazırlanıb təsdiq edilməsi, rəqəmli TV vericiləri quraşdırılacaq radio-televiziya yayım stansiyalarında sahələrin müəyyənləşdirilməsi üçün müvafiq şöbə və müəssisələrə tapşırıq verilib.
Tədbirlər Planına əsasən, rəqəmli TV yayımının keyfiyyətinə nəzarətin təşkili sisteminin qurulması nəzərdə tutulub. Bundan başqa, rəqəmli TV yayımlarının qəbulu imkanlılığına malik televizorların ölkəyə gətirilməsinin təşkili üzrə aidiyyəti şirkətlərə müraciət ediləcək və müvafiq tədbirlər görüləcək. Qeyd edək ki, rəqəmli TV yayımı üzrə yaradılacaq imkanlar, TV vericilərdən istifadə şərtləri və analoq TV vericilərinin 2012-ci ilin yanvar ayının 1-dən etibarən dayandırılacağını göstərməklə özəl teleradio yayımçılarına bu yaxınlarda müraciət ediləcək.
Nazir ölkədə rəqəmli TV-nin təşkilinə dair Tədbirlər Planını təsdiq edib
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə rəqəmli TV-nin təşkilinə dair Tədbirlər Planını təsdiq edib. Belə ki, Tədbirlər Planında respublikada əhali yaşayan ərazilərin ən azı 85 faizini əhatə edəcək 1 paketdən ibarət “DVB-T” rəqəmli TV yayımının tətbiq ediləcəyi qeyd olunur. Qeyd edək ki, 1 paketə 10-12 proqram daxildir.Rəqəmli TV-nin optimal yayımı üçün tələb olunan vericilərin və digər avadanlıqların siyahısını hazırlamaq, siyahıya uyğun verici və digər avadanlıqların alınıb quraşdırılması üzrə iş qrafikinin hazırlanıb təsdiq edilməsi, rəqəmli TV vericiləri quraşdırılacaq radio-televiziya yayım stansiyalarında sahələrin müəyyənləşdirilməsi üçün müvafiq şöbə və müəssisələrə tapşırıq verilib.
Tədbirlər Planına əsasən, rəqəmli TV yayımının keyfiyyətinə nəzarətin təşkili sisteminin qurulması nəzərdə tutulub. Bundan başqa, rəqəmli TV yayımlarının qəbulu imkanlılığına malik televizorların ölkəyə gətirilməsinin təşkili üzrə aidiyyəti şirkətlərə müraciət ediləcək və müvafiq tədbirlər görüləcək. Qeyd edək ki, rəqəmli TV yayımı üzrə yaradılacaq imkanlar, TV vericilərdən istifadə şərtləri və analoq TV vericilərinin 2012-ci ilin yanvar ayının 1-dən etibarən dayandırılacağını göstərməklə özəl teleradio yayımçılarına bu yaxınlarda müraciət ediləcək.
Baxış sayı: 1130
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı