Tarix:06/03/13
Nazirliyin Analitik-informasiya şöbəsindən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov son dövrlərdə ölkəmizin vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar, BVF ilə yaradılan işgüzar əlaqələr barədə qonaqlara məlumat verib.
Qeyd olunub ki, Azərbaycanda vergi qanunvericiliyinin və inzibatçılığının daim təkmilləşdirilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə, vergi daxilolmalarının həcminin nəzərəçarpacaq dərəcədə artmasına zəmin yaradıb.
Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə yeni təyin olunmuş missiya rəhbəri Raca Almarzoqi Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və nağdsız ödənişlərin stimullaşdırılması, vergitutma bazasının genişləndirilməsi və qeyri-neft sektorundan vergi daxilolmalarının artırılması istiqamətində Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdiklərini bildirib.
Görüşdə ötən ilin gəlir göstəriciləri və 2013-2014-cü illər üzrə proqnozlar, qeyri-neft sektoru gəlirlərini artırmaq məqsədilə son zamanlar irəli sürülən təşəbbüslər, Milli Məclis tərəfindən təsdiq edilmiş vergi tədbirləri və sənaye parklarında yerləşən şirkətlərin vergidən azad olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
SEYMUR
Raca Almarzoqi: «Azərbaycanda elektron xidmətlərin tətbiqinin genişləndirilməsini yüksək qiymətləndiririk»
Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə yeni təyin olunmuş missiya rəhbəri Raca Almarzoqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.Nazirliyin Analitik-informasiya şöbəsindən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov son dövrlərdə ölkəmizin vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar, BVF ilə yaradılan işgüzar əlaqələr barədə qonaqlara məlumat verib.
Qeyd olunub ki, Azərbaycanda vergi qanunvericiliyinin və inzibatçılığının daim təkmilləşdirilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə, vergi daxilolmalarının həcminin nəzərəçarpacaq dərəcədə artmasına zəmin yaradıb.
Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə yeni təyin olunmuş missiya rəhbəri Raca Almarzoqi Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və nağdsız ödənişlərin stimullaşdırılması, vergitutma bazasının genişləndirilməsi və qeyri-neft sektorundan vergi daxilolmalarının artırılması istiqamətində Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdiklərini bildirib.
Görüşdə ötən ilin gəlir göstəriciləri və 2013-2014-cü illər üzrə proqnozlar, qeyri-neft sektoru gəlirlərini artırmaq məqsədilə son zamanlar irəli sürülən təşəbbüslər, Milli Məclis tərəfindən təsdiq edilmiş vergi tədbirləri və sənaye parklarında yerləşən şirkətlərin vergidən azad olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
SEYMUR
Baxış sayı: 673
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır