12px13px15px17px
Tarix:06/03/13

Bakıda İT şirkətləri üçün beynəlxalq konfrans keçiriləcək

«İKT ili» çərçivəsində bu ayın 12-si Bakıda Azərbaycanda «QlikView» biznes-təhlil platformasının təqdimatı" adlı beynəlxalq praktik konfrans keçiriləcək. "Hilton" otelində düzənlənəcək konfransı Azərbaycanın tanınmış İT şirkətlərindən olan "RBC Group" təşkil edəcək.

"ICTnews.az" elektron xəbər xidməti adıçəkilən şirkətin rəsmi internet səhifəsinə (www.rbcgroup.az) istinadən bildirir ki, sözügedən konfransda şirkət rəhbərlərinə taktiki və strateji qərarların qəbulunda keyfiyyətcə yeni dərəcəyə keçməsində, əsas əməkdaşların təsirliyini yüksəldib və eyni zamanda, şirkətin xərclərini xeyli endirmək məsələlərində köməklik göstərən biznes məlumatların ən yeni iş konsepsiyası təqdim olunacaq.

Konfrans zamanı, fəaliyyət göstərən və tərkibində biznes təhlilin ətraflı instrumentarisi olan analitik əlavələrin, satış, ehtiyat maliyyə, alış və s. sahələrində ən yaxşı təcrübəçi- analitiklərin, əsas göstərici panellərinin, analiz instrumentlərinin, modelləşdirilmə və proqnozlaşdırılmanın nümayişi keçiriləcək. Konfrans zamanı Ukrayna ilə telekörpü yaradılacaq və burada sistemin real istifadəçilərinin fikirləri öyrəniləcək.

Eyni zamanda, "RBC Group" və "QlikTech" kompaniyalarının nümayəndələri "Business Discovery" konsepsiyasının istifadə imkanlarından, 2012-ci ildə həyata keçirilən layihələrindən, ümumiyyətlə, "QlikView" ekosisteminin inkişaf planlarından söhbət açılacaq.

Məlumat üçün bildirək ki, konfransda iştirak etmək üçün ilkin qeydiyyat zəruridir. Bunun üçün şirkətin saytında yerləşdirilmiş qısa qeydiyyat formasını doldurmaq kifayətdir.

SEYMUR



Baxış sayı: 958

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024