Tarix:06/03/13
“ICTnews” elektron xəbər xidmətinə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyindən verilən məlumata görə, “KOICA” 2011-ci ildən başlayaraq 2 il ərzində adıçəkilən komitədə sənədlərin qəbulu, ekspertizası, qeydiyyata salınması və digər inzibati işləri avtomatlaşdırıb.
Eyni zamanda, Azərbaycan vətəndaşlarının yararlana biləcəyi elektron müraciət, əqli mülkiyyət hüquqlarının axtarışı, onlayn bülleten və sair onlayn patent informasiya sistemini yaradıb. Bundan əlavə, SMPDK daxilində kağız üzərində saxlanılan sənədləri elektronlaşdırıb, Milli mülkiyyət hüquqlarının məlumat bazasını hazırlayıb. Bu layihə nəticəsində SMPDK-nin iş prosesində vaxt itkisinin qarşısı alınıb, vətəndaşlar komitəyə getmədən evdə və ya iş yerlərində internet vasitəsilə patent məlumatlarını axtara, onlayn şəkildə sənədləri göndərə və iqtisadi cəhətdən səmərəli patent üzrə müraciət edə biləcəklər.
SMPDK artıq Azərbaycan vətəndaşlarına onlayn patent məlumat sisteminin açıq olduğunu elan edib. Komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) direktoru Mir Yaqub Seyidov bildirib ki, SMPDK-nin yaradılmasının 20 illiyi ərəfəsində vətəndaşlar üçün nəzərdə tutulmuş patent məlumat sisteminin açılışı çox əhəmiyyətli bir haldır, bunun vasitəsilə əqli mülkiyyət hüquqları üzrə müraciətin akivləşəcəyinə ümid edilir.
“KOICA” Azərbaycan Ofisinin rezident nümayəndəsi xanım Kim Eun Suk qeyd edib ki, sözügedən layihə “elektron hökumət” və digər sahələrdə iki ölkə arasında olan əməkdaşlığımızın güclənməsinə səbəb olacaq.
CAHANGİR
Azərbaycanda Əqli Mülkiyyət Hüquqlarının İdarəedilməsinin Avtomatlaşdırılması sistemi yaradılıb
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Əqli Mülkiyyət Hüquqlarının İdarəedilməsinin Avtomatlaşdırılması və onlayn patent məlumatları sistemlərini yaradıb.“ICTnews” elektron xəbər xidmətinə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyindən verilən məlumata görə, “KOICA” 2011-ci ildən başlayaraq 2 il ərzində adıçəkilən komitədə sənədlərin qəbulu, ekspertizası, qeydiyyata salınması və digər inzibati işləri avtomatlaşdırıb.
Eyni zamanda, Azərbaycan vətəndaşlarının yararlana biləcəyi elektron müraciət, əqli mülkiyyət hüquqlarının axtarışı, onlayn bülleten və sair onlayn patent informasiya sistemini yaradıb. Bundan əlavə, SMPDK daxilində kağız üzərində saxlanılan sənədləri elektronlaşdırıb, Milli mülkiyyət hüquqlarının məlumat bazasını hazırlayıb. Bu layihə nəticəsində SMPDK-nin iş prosesində vaxt itkisinin qarşısı alınıb, vətəndaşlar komitəyə getmədən evdə və ya iş yerlərində internet vasitəsilə patent məlumatlarını axtara, onlayn şəkildə sənədləri göndərə və iqtisadi cəhətdən səmərəli patent üzrə müraciət edə biləcəklər.
SMPDK artıq Azərbaycan vətəndaşlarına onlayn patent məlumat sisteminin açıq olduğunu elan edib. Komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) direktoru Mir Yaqub Seyidov bildirib ki, SMPDK-nin yaradılmasının 20 illiyi ərəfəsində vətəndaşlar üçün nəzərdə tutulmuş patent məlumat sisteminin açılışı çox əhəmiyyətli bir haldır, bunun vasitəsilə əqli mülkiyyət hüquqları üzrə müraciətin akivləşəcəyinə ümid edilir.
“KOICA” Azərbaycan Ofisinin rezident nümayəndəsi xanım Kim Eun Suk qeyd edib ki, sözügedən layihə “elektron hökumət” və digər sahələrdə iki ölkə arasında olan əməkdaşlığımızın güclənməsinə səbəb olacaq.
CAHANGİR
Baxış sayı: 724
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır