Tarix:07/03/13
Təşkilatdan verilən məlumata görə, məqsəd həkim, tibb bacısı və səhiyyə işçilərini kompüterin əsasları, ofis proqramları, şəbəkə, rəqəmsal həyat tərzi və şəxsi məlumatların təhlükəsizliyi üzrə təlimatlandırmaqdır. Təlimlər "Səhiyyə Sektorunda İslahatlar Layihəsi"ni maliyyələşdirmək məqsədilə Dünya Bankı tərəfindən Azərbaycan Respublikası üçün ayrılmış kredit hesabına maliyyələşir.
SSİL-in məqsədi səhiyyə sahəsində maliyyənin idarəedilməsi sistemini təkmilləşdirmədə İT təminatının zəruriliyini vurğulamaqla sağlamlıq göstəricilərini yaxşılaşdırmaq və davamlılığını təmin edərək, seçilmiş rayonlarda zəruri səhiyyə xidmətlərinə çıxış imkanlarını və bu xidmətlərin keyfiyyətini artırmaqdan ibarətdir.
"Mədəd Azərbaycan" təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki şəhərlərindəki təlim mərkəzlərində təlimləri təşkil edir. Təlim iştirakçıları yüksək keyfiyyətli təlim materialları, lazımi avadanlıq və mərkəzlərdə internetdən səmərəli və rahat istifadə edilməsi üçün hər cür şəraitlə təmin ediliblər.
Altı sessiyadan ibarət olan 48 saatlıq təlimlər iştirakçılara interaktiv üsul və iş formalarından istifadə etməklə iş yerlərində müasir texnologiyaların tətbiqi sayəsində səmərəliliyi aşılayır. Qeyd edək ki, sözügedən təlimlər mart ayının sonuna qədər davam edəcək.
HƏQİQƏT
Azərbaycanın səhiyyə işçiləri üçün informasiya texnologiyaları üzrə təlimlər təşkil edilib
Səhiyyə Nazirliyi yanında "Səhiyyə Sektorunda İslahatlar Layihəsi" (SSİL) və Dünya Bankının dəstəyi ilə "Mədəd Azərbaycan" təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki şəhərlərində 617 səhiyyə işçisi üçün "Səhiyyə İşçiləri üçün İnformasiya Texnologiyalarının əsasları" adlı təlimlər həyata keçirir.Təşkilatdan verilən məlumata görə, məqsəd həkim, tibb bacısı və səhiyyə işçilərini kompüterin əsasları, ofis proqramları, şəbəkə, rəqəmsal həyat tərzi və şəxsi məlumatların təhlükəsizliyi üzrə təlimatlandırmaqdır. Təlimlər "Səhiyyə Sektorunda İslahatlar Layihəsi"ni maliyyələşdirmək məqsədilə Dünya Bankı tərəfindən Azərbaycan Respublikası üçün ayrılmış kredit hesabına maliyyələşir.
SSİL-in məqsədi səhiyyə sahəsində maliyyənin idarəedilməsi sistemini təkmilləşdirmədə İT təminatının zəruriliyini vurğulamaqla sağlamlıq göstəricilərini yaxşılaşdırmaq və davamlılığını təmin edərək, seçilmiş rayonlarda zəruri səhiyyə xidmətlərinə çıxış imkanlarını və bu xidmətlərin keyfiyyətini artırmaqdan ibarətdir.
"Mədəd Azərbaycan" təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki şəhərlərindəki təlim mərkəzlərində təlimləri təşkil edir. Təlim iştirakçıları yüksək keyfiyyətli təlim materialları, lazımi avadanlıq və mərkəzlərdə internetdən səmərəli və rahat istifadə edilməsi üçün hər cür şəraitlə təmin ediliblər.
Altı sessiyadan ibarət olan 48 saatlıq təlimlər iştirakçılara interaktiv üsul və iş formalarından istifadə etməklə iş yerlərində müasir texnologiyaların tətbiqi sayəsində səmərəliliyi aşılayır. Qeyd edək ki, sözügedən təlimlər mart ayının sonuna qədər davam edəcək.
HƏQİQƏT
Baxış sayı: 708
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır