Tarix:07/03/13
Artıq nazirlik “Elektron hökumət” portalı vasitəsilə sayca 6-cı elektron xidməti olan “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatın verilməsi”ni vətəndaşların istifadəsinə təqdim edib. Bu elektron xidmət istehsalatda baş verən bədbəxt hadisələr barədə aidiyyəti dövlət strukturuna elektron qaydada, daha operativ və sadə şəkildə məlumatın verilməsini nəzərdə tutur və xidmət yalnız ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən göstərilir.
Elektron xidmətin icra müddəti 20 gün müəyyənləşib. Elektron xidmətin göstərilməsinin nəticəsi olaraq, alınmış məlumat icraya yönəldilir və baş vermiş hadisənin təhqiqatı aparılır. Ödənişsiz olan bu xidmətin əsas istifadəçiləri fiziki və hüquqi şəxslər, dövlət orqanları və digərləridir.
Qeyd edək ki, hazırda xidmətin fəaliyyəti ilə bağlı nazirliyin rəsmi saytında da xüsusi bölmə-sistem yaradılıb. Baş verən hadisə barədə məlumatı göndərmək üçün saytda sol blokda göstərilən forma doldurulmalı, “göndər” düyməsi basılmalıdır.
Forma iki hissədən ibarətdir.
Birinci hissədə hadisə barədə məlumat verən şəxs haqqında məlumat daxil edilir. Buraya daxil olan bölmələr: ad, soyad, telefon, mobil telefon, e-mail ünvandır.
İkinci hissədə isə zərərçəkən şəxs barədə məlumat daxil edilməlidir. Bu hissəyə daxil olan bölmələr isə ad, soyad, ünvan, telefon, hadisə baş verən rayon, müəssisənin adı, hadisənin baş vermə tarixi, müəssisənin ünvanı, hadisə barədə ilkin məlumat daxildir.
“Məktubu göndər” düyməsini basdıqdan sonra məktub göndərilir və 24 saat ərzində administrator tərəfindən hadisə barədə məlumat verən şəxsin daxil etdiyi e-mail ünvanına və ya əlaqə nömrələrinə məlumat göndərilir.
HƏQİQƏT
İstehsalat qəzaları barədə aidiyyəti strukturlar elektron qaydada, daha operativ məlumatlandırılacaq
Bundan sonra istehsalatda baş verən qəzalar, bədbəxt hadisələr barədə aidiyyəti dövlət strukturuna onlayn məlumatların verilməsi mümkün olacaq. Bu imkanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirəcəyi növbəti elektron xidmət yaradacaq.Artıq nazirlik “Elektron hökumət” portalı vasitəsilə sayca 6-cı elektron xidməti olan “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatın verilməsi”ni vətəndaşların istifadəsinə təqdim edib. Bu elektron xidmət istehsalatda baş verən bədbəxt hadisələr barədə aidiyyəti dövlət strukturuna elektron qaydada, daha operativ və sadə şəkildə məlumatın verilməsini nəzərdə tutur və xidmət yalnız ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən göstərilir.
Elektron xidmətin icra müddəti 20 gün müəyyənləşib. Elektron xidmətin göstərilməsinin nəticəsi olaraq, alınmış məlumat icraya yönəldilir və baş vermiş hadisənin təhqiqatı aparılır. Ödənişsiz olan bu xidmətin əsas istifadəçiləri fiziki və hüquqi şəxslər, dövlət orqanları və digərləridir.
Qeyd edək ki, hazırda xidmətin fəaliyyəti ilə bağlı nazirliyin rəsmi saytında da xüsusi bölmə-sistem yaradılıb. Baş verən hadisə barədə məlumatı göndərmək üçün saytda sol blokda göstərilən forma doldurulmalı, “göndər” düyməsi basılmalıdır.
Forma iki hissədən ibarətdir.
Birinci hissədə hadisə barədə məlumat verən şəxs haqqında məlumat daxil edilir. Buraya daxil olan bölmələr: ad, soyad, telefon, mobil telefon, e-mail ünvandır.
İkinci hissədə isə zərərçəkən şəxs barədə məlumat daxil edilməlidir. Bu hissəyə daxil olan bölmələr isə ad, soyad, ünvan, telefon, hadisə baş verən rayon, müəssisənin adı, hadisənin baş vermə tarixi, müəssisənin ünvanı, hadisə barədə ilkin məlumat daxildir.
“Məktubu göndər” düyməsini basdıqdan sonra məktub göndərilir və 24 saat ərzində administrator tərəfindən hadisə barədə məlumat verən şəxsin daxil etdiyi e-mail ünvanına və ya əlaqə nömrələrinə məlumat göndərilir.
HƏQİQƏT
Baxış sayı: 767
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır