12px13px15px17px
Tarix:07/03/13

Almanlar onlayn bankçılıq sistemlərinin təhlükəsizliyini möhkəmləndirəcək

Almaniyanın Tübinq Universitetinin tədqiqat qrupunun “GFT Technologies” şirkəti ilə birgə hazırladıqları yeni texnologiya həlli onlayn bankçılıq sistemlərinin təhlükəsizliyini möhkəmləndirmək üçün nəzərdə tutulub. Yeni proqram təminatı hazırda Almaniyanın Hannover şəhərində keçirilmiş “CeBIT-2013” sərgisində nümayiş etdirilir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yeni həll əvvəllər istifadə edilmiş “NFC” və “TAN” texnologiyalarının birləşdirilməsini nəzərdə tutur. Alman istehsalçılarının sözlərinə görə, onlar yeni texnologiya üzərində dörd il işləyib və hazırda tətbiq edilmiş texnologiyanın aspektlərindən bəzilərini patentləyiblər.

Kompüter istifadəçisi hər dəfə öz kompüterindən bank transferi həyata keçirdikdə bank ona hər bir əməliyyatı eyniləşdirən “TAN” nömrə (transaction authentication number) göndərir. Mobil və ya onlayn bank serveri müştəridən düzgün “TAN” cavab aldıqdan sonra hər bir əməliyyat təsdiqlənir.

Məlumat üçün bildirək ki, indiyə qədər “TAN” nömrələr müştərilərə əsasən “SMS” üzrə göndərilir və ya bankın verdiyi xüsusi çip vasitəsilə yaradılırdı. Birinci sistem kifayət qədər əlverişli olsa da, lakin o, fırıldaqçılıq riskinə meyillidir. “Ağıllı” telefonu yoluxdurmuş zərərli kodlar mesajları ələ keçirə bilər. İkinci sistem daha etibarlı olsa da, lakin o, əlverişli deyil.

Emil Hüseynov



Baxış sayı: 788

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024