12px13px15px17px
Tarix:01/08/11

“Bakcell” ailəsi bir-birilə 50% güzəştlə danışacaq

Müştərilərə maksimum ünsiyyət rahatlığını yaratmaq amalına sadiq qalan Azərbaycanın ilk mobil operatoru Bakcell şirkəti, ənənəvi olaraq təqvimin əlamətdar günlərinə uyğun kampaniyalar təqdim edir. Bu dəfə Bakcell müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar inanılmaz güzəştlər təklif edir. Belə ki, Ramazan ayı boyunca 2.5 milyondan artıq abunəçisi olan “Bakcell” ailəsi bir-birilə 50% güzəştlə danışmaq imkanını qazanacaq. Bu təklif yalnız şəbəkədaxili zənglər üçün yararlıdır. Avqustun 1-dən etibarən avqustun 31-nə qədər bütün “Bakcell” abunəçiləri hər gün saat 21:00-dan səhər 8:00-a qədər “Bakcell” nömrələrinə zəng edərkən 50% güzəşt əldə edəcəklər. Bu güzəşt “Sevimli nömrələrə və “Mənim Ərazim” xidmətinə aid edilmir. Ramazan kampaniyasına qoşulmaq üçün 980 qısa nömrəsinə SMS göndərmək kifayətdir. Abunə haqqı 1.99 AZN təşkil edir. Şəbəkəxarici zənglərin qiyməti abunəçinin istifadə etdiyi tarif planına uyğun olaraq dəyişilməz qalır.
Qeyd edək ki, “Bakcell”-in “Yatma, danış” kampaniyasının istifadəçiləri Ramazan kampaniyasına qoşularaq, hər iki kampaniyadan eyni zamanda yararlana bilərlər. Beləliklə, müştərilər axşam saat 21:00-dan 00:00-a qədər şəbəkədaxili 50% güzəştlə, 00:00-dan səhər 8:00-dək isə pulsuz danışa bilərlər.



Baxış sayı: 954

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024