Tarix:11/03/13
Kampaniyanın şərtlərinə görə, yeni telefon çəkilişi tarifinə 50% güzəşt tətbiq ediləcək, abunəçiyə telefon aparatı hədiyyə veriləcək, eyni zamanda mənzil telefonlarının addan-ada keçirilməsi, telefonun təhvil verilməsi barədə arayışın təqdim olunub-olunmamasından asılı olmayaraq 2 manat tariflə təmin ediləcək.
Həmçinin Bakı şəhər ərazisində daşınan İP telefon nömrəsi 20 manat tariflə çəkiləcək, genişzolaqlı internet (ADSL və ayrılmış xətt) və İPTV xidmətlərinə qoşulma ödənişsiz olacaq.
Kampaniya çərçivəsində 1÷3 Mbit/s sürətli internetə yeni qoşulan və 3 aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə 1 ay ödənişsiz internet xidməti göstəriləcək.
4÷10 Mbit/s sürətli internetə yeni qoşulan və 3 aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə isə modem və 1 ay İPTV-dən istifadə ödənişsiz təqdim ediləcək.
Qeyd edək ki, kampaniya cari il, 11 mart tarixindən 31 may tarixinədək keçirilir.
CAHANGİR
“Baktelekom” yeni kampaniyaya start verib
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Novruz Bayramı və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təqdim etdiyi bir sıra xidmətlər üzrə kampaniyaya başlayıb.Kampaniyanın şərtlərinə görə, yeni telefon çəkilişi tarifinə 50% güzəşt tətbiq ediləcək, abunəçiyə telefon aparatı hədiyyə veriləcək, eyni zamanda mənzil telefonlarının addan-ada keçirilməsi, telefonun təhvil verilməsi barədə arayışın təqdim olunub-olunmamasından asılı olmayaraq 2 manat tariflə təmin ediləcək.
Həmçinin Bakı şəhər ərazisində daşınan İP telefon nömrəsi 20 manat tariflə çəkiləcək, genişzolaqlı internet (ADSL və ayrılmış xətt) və İPTV xidmətlərinə qoşulma ödənişsiz olacaq.
Kampaniya çərçivəsində 1÷3 Mbit/s sürətli internetə yeni qoşulan və 3 aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə 1 ay ödənişsiz internet xidməti göstəriləcək.
4÷10 Mbit/s sürətli internetə yeni qoşulan və 3 aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə isə modem və 1 ay İPTV-dən istifadə ödənişsiz təqdim ediləcək.
Qeyd edək ki, kampaniya cari il, 11 mart tarixindən 31 may tarixinədək keçirilir.
CAHANGİR
Baxış sayı: 1026
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı