12px13px15px17px
Tarix:11/03/13

Regionlarda genişzolaqlı internet təbliğ olunur

"Aztelekom" İstehsalat Birliyi "2013-cü il - İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində genişzolaqlı internetin təbliği, tələbatın öyrənilməsi, mövcud və ya yarana biləcək problemlərin operativ aradan qaldırılması və profilaktik tədbirlərin görülməsi məqsədilə regionlarda istifadəçilərlə birbaşa görüşlərin təşkil olunmasına başlayıb.

Belə tədbir Xaçmaz şəhərində keçirilib. Görüşdə elektron xidmətlərdən istifadə və sürətli internetin digər üstünlükləri barədə ətraflı məlumat verilib, Birliyin şimal bölgəsində - Quba, Xaçmaz və Qusar telekommunikasiya qovşaqlarında görüləcək işlər ictimaiyyətə təqdim olunub.

2013-2015-ci illər ərzində Quba, Xaçmaz və Qusar rayonlarında müvafiq olaraq 11 872, 11 264, 5 392 nömrə tutumlu və 7 992, 7 248, 3 600 ADSL portlu yeni elektron ATS-lərin tikintisi nəzərdə tutulub. Həmçinin birlik rabitənin, xüsusən də internet xidmətlərinin dayanıqlığını və keyfiyyətini yüksəltmək məqsədilə digər tədbirlər görməyi, optik kabellərin çəkilişini, əlavə avadanlıqların quraşdırılmasını planlaşdırır.

Qeyd edək ki, ümumilikdə 2013-2015-ci illər ərzində "Aztelekom" İstehsalat Birliyi regionlarda 300 min nömrənin rekonstruksiya edilməsi şərti ilə 600 min ən yeni texnologiyaya əsaslanan platformaları dəstəkləyən nömrənin, 500 mindən artıq genişzolaqlı internet xəttinin istifadəyə verilməsini nəzərdə tutur.

RƏVAN



Baxış sayı: 758

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024