Tarix:12/03/13
İnformasiya təhlükəsizliyi mərkəzinin rəhbəri və "*.az" domeni administratoru Faiq Fərmanovun "ICTnews"-a verdiyi məlumata əsasən, hazırda bu sistemin infrastrukturunun yaradılması üzrə işlər başa çatıb. "Bu xidmətlərin təqdim olunması üçün lazım olan keyfiyyətli və dayanıqlı platformanın yaradılması vaxt tələb edir.
Biz 2011-ci ildən etibarən bu istiqamətdə iş aparırıq və bu iş təkcə platformu yaratmaqla bitmir.
Eyni zamanda, biz onlayn rejimdə domenlərin qeydiyyatı və onların ödənişi prosesinin, həmçinin DNS ünvanların dəyişdirilməsinin tam qarşılıqlı işini təmin etmək üçün öz sistemimizi domen qeydiyyatçısı olan şirkətlərin sistemləri ilə inteqrasiya etməliyik",- deyə F. Fərmanov bildirib.
F. Fərmanovun sözlərinə əsasən, martın sonuna qədər domenlərin onlayn qeydiyyatı və ödənişi sistemi artıq istifadəyə verilə bilər. "Yeni sistemin tətbiqi, potensial istifadəçilərə domen qeydiyyatçısının saytından, ətraflı izahatla, hətta təcrübəsiz istifadəçilərə elektron formanı doldurmağa imkan yaradacaq. Bununla yanaşı, biz şəxsi domeni idarə etmək üçün nəzarət paneli təqdim edəcəyik və paralel olaraq mövcud istifadəçilər öz domenlərini müstəqil şəkildə, tələb olunan parolu və loqini istifadə edərək yeni sistemə keçirəcəklərə".
Hazırda domen administratorunun "www.whois.az" rəsmi saytında, "*.az" domeninin qeydiyyatı ilə bağlı müraciətləri operativ cavablandırmaq məqsədi ilə "info@domain.az" elektron poçt ünvanı fəaliyyət göstərir.
AYNUR
Azərbaycanda yaxın zamanda “*.az” domen zonasında onlayn qeydiyyat sistemi istifadəyə veriləcək
Azərbaycanda yaxın zamanda "*.az" domen zonasında onlayn qeydiyyat və nağdsız ödəniş sistemi istifadəyə veriləcək.İnformasiya təhlükəsizliyi mərkəzinin rəhbəri və "*.az" domeni administratoru Faiq Fərmanovun "ICTnews"-a verdiyi məlumata əsasən, hazırda bu sistemin infrastrukturunun yaradılması üzrə işlər başa çatıb. "Bu xidmətlərin təqdim olunması üçün lazım olan keyfiyyətli və dayanıqlı platformanın yaradılması vaxt tələb edir.
Biz 2011-ci ildən etibarən bu istiqamətdə iş aparırıq və bu iş təkcə platformu yaratmaqla bitmir.
Eyni zamanda, biz onlayn rejimdə domenlərin qeydiyyatı və onların ödənişi prosesinin, həmçinin DNS ünvanların dəyişdirilməsinin tam qarşılıqlı işini təmin etmək üçün öz sistemimizi domen qeydiyyatçısı olan şirkətlərin sistemləri ilə inteqrasiya etməliyik",- deyə F. Fərmanov bildirib.
F. Fərmanovun sözlərinə əsasən, martın sonuna qədər domenlərin onlayn qeydiyyatı və ödənişi sistemi artıq istifadəyə verilə bilər. "Yeni sistemin tətbiqi, potensial istifadəçilərə domen qeydiyyatçısının saytından, ətraflı izahatla, hətta təcrübəsiz istifadəçilərə elektron formanı doldurmağa imkan yaradacaq. Bununla yanaşı, biz şəxsi domeni idarə etmək üçün nəzarət paneli təqdim edəcəyik və paralel olaraq mövcud istifadəçilər öz domenlərini müstəqil şəkildə, tələb olunan parolu və loqini istifadə edərək yeni sistemə keçirəcəklərə".
Hazırda domen administratorunun "www.whois.az" rəsmi saytında, "*.az" domeninin qeydiyyatı ilə bağlı müraciətləri operativ cavablandırmaq məqsədi ilə "info@domain.az" elektron poçt ünvanı fəaliyyət göstərir.
AYNUR
Baxış sayı: 798
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib