12px13px15px17px
Tarix:12/03/13

“Layk” düyməsi “Facebook” istifadəçisinin psixoloji portretini tərtib etməyə imkan verir

“Facebook” sosial şəbəkəsində istifadəçilərin "layk"ları profil sahibinin psixoloji portretini tərtib etməyə imkan verir. “Microsoft Research Centre” və Böyük Britaniyada yerləşən Kembric Universitetinin tədqiqatçıları belə düşünür. "Layk" düyməsi intellekt, siyasi baxışlar, meyil barəsində istifadəçilərin düşündüklərindən daha çox məlumat verir" – dərc edilmiş hesabatda belə deyilir.

Bu və ya digər şəkil, hadisəyə göstərilən isti münasibət əsasında sosioloq və marketoloqlar reklam və siyasi kampaniyaların qurulması üçün əvəzsiz material əldə edirlər.

Alimlər bildirir ki, aktiv istifadəçilərin səhifələrinə göz gəzdirən psixoloqlar insanın intellekti, onun cinsi oriyentasiyası və digər mühüm fərdi xüsusiyyətlərini müəyyən edə bilərlər. “ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, 58 min profil araşdırılıb.

Emil Hüseynov



Baxış sayı: 839

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024