Tarix:12/03/13
Bildirilib ki, bütün çətinliklər aradan qaldırılan kimi sistem istifadəyə veriləcək. Rusiya şirkətinin rəsmi nümayəndəsi təsdiqləyib ki, "EPEG" kabel şəbəkəsi üzərində aparılan sınaqlar davam etdirilir.
"ICTnews.az" elektron xəbər xidməti "comnews.ru" saytına istinadən bildirir ki, "EPEG" Avropa və Yaxın Şərq regionunu Rusiya, İran və Fars körfəzi vasitəsilə Frankfurtdan Bark şəhərinədək (Oman) birləşdirən kabel sistemidir.
Rusiyanın "Rostelekom", Britaniyanın "Cable & Wireless", İranın "Telecommunications Infrastructure Company" və Omanın "Omantel" operatorlarını birləşdirən beynəlxalq konsorsium bu kabel şəbəkəsinin tikintisini həyata keçirir. Konsorsiumun yaradılması haqqında saziş 2011-ci ilin mayında imzalanıb. Avropanı Ukrayna ilə birləşdirən magistralın tikintisinə Britaniyanın "Cable & Wireless" operatoru nəzarət edir. Rusiya-Ukrayna sərhədindən Azərbaycana qədər və Azərbaycandan İrana qədər uzanacaq xətti Rusiyanın "Rostelekom" operatoru tikir, İrandan Fars körfəzinə qədər uzanacaq optik kabeldən isə "TIC" cavabdehdir. "Omantel" operatoru isə xətti Omana qədər çatdıracaq.
Yeni kabel sisteminin planlaşdırılan tutumu 0,5 Tbit/s təşkil edəcək. "EPEG" kabel şəbəkəsinin uzunluğu 6 min kilometr olacaq və "ComNews Research" şirkətinin qiymətləndirməsinə görə, onun yaradılma dəyəri 200 milyon dolları ötəcək.
Layihənin işə salınması ilk əvvəl 2012-ci ilin mayına planlaşdırılmışdı. 2012-ci il avqustun 7-də, 2012-2015-ci illər müddətində birgə əməkdaşlığın genişləndirilməsi haqqında sazişin imzalanması zamanı operatorların nümayəndələri bildirmişdilər ki, kabel şəbəkəsinin kommersiya istismarı ilin sonunadək təxirə salınır.
2013-cü il fevralın sonunda "Rostelekom"un mətbuat xidmətinin nümayəndəsi "ComNews"a bildirmişdi ki, yanvardan sistem üzərində sınaqlara başlanılıb və sınaq nəticələrinin nəzarət yoxlaması martın ilk həftəsinə nəzərdə tutulub. "Əgər hər şey planlaşdırıldığı kimi olsa, "EPEG" kommersiya istismarına veriləcək" – deyə o bildirmişdi. Onun sözlərinə görə, sınaqlar zamanı avadanlıq hissəsində aşkar edilmiş çatışmazlıqlar hazırda aradan qaldırılır".
Emil Hüseynov
“EPEG” kabel şəbəkəsinin kommersiya istismarı təxirə salınıb
Frankfurtdan Bark şəhərinədək uzanacaq "EPEG" kabel şəbəkəsinin kommersiya istismarı yenidən təxirə salınıb. "İran Telecommunications Infrastructure Company"nin (TIC) cavabdeh olduğu hissənin hazırsızlığı buna səbəb olub. Bu barədə ötən gün "ComNews" portalına "Rostelekom"dakı mənbədən bildirilib.Bildirilib ki, bütün çətinliklər aradan qaldırılan kimi sistem istifadəyə veriləcək. Rusiya şirkətinin rəsmi nümayəndəsi təsdiqləyib ki, "EPEG" kabel şəbəkəsi üzərində aparılan sınaqlar davam etdirilir.
"ICTnews.az" elektron xəbər xidməti "comnews.ru" saytına istinadən bildirir ki, "EPEG" Avropa və Yaxın Şərq regionunu Rusiya, İran və Fars körfəzi vasitəsilə Frankfurtdan Bark şəhərinədək (Oman) birləşdirən kabel sistemidir.
Rusiyanın "Rostelekom", Britaniyanın "Cable & Wireless", İranın "Telecommunications Infrastructure Company" və Omanın "Omantel" operatorlarını birləşdirən beynəlxalq konsorsium bu kabel şəbəkəsinin tikintisini həyata keçirir. Konsorsiumun yaradılması haqqında saziş 2011-ci ilin mayında imzalanıb. Avropanı Ukrayna ilə birləşdirən magistralın tikintisinə Britaniyanın "Cable & Wireless" operatoru nəzarət edir. Rusiya-Ukrayna sərhədindən Azərbaycana qədər və Azərbaycandan İrana qədər uzanacaq xətti Rusiyanın "Rostelekom" operatoru tikir, İrandan Fars körfəzinə qədər uzanacaq optik kabeldən isə "TIC" cavabdehdir. "Omantel" operatoru isə xətti Omana qədər çatdıracaq.
Yeni kabel sisteminin planlaşdırılan tutumu 0,5 Tbit/s təşkil edəcək. "EPEG" kabel şəbəkəsinin uzunluğu 6 min kilometr olacaq və "ComNews Research" şirkətinin qiymətləndirməsinə görə, onun yaradılma dəyəri 200 milyon dolları ötəcək.
Layihənin işə salınması ilk əvvəl 2012-ci ilin mayına planlaşdırılmışdı. 2012-ci il avqustun 7-də, 2012-2015-ci illər müddətində birgə əməkdaşlığın genişləndirilməsi haqqında sazişin imzalanması zamanı operatorların nümayəndələri bildirmişdilər ki, kabel şəbəkəsinin kommersiya istismarı ilin sonunadək təxirə salınır.
2013-cü il fevralın sonunda "Rostelekom"un mətbuat xidmətinin nümayəndəsi "ComNews"a bildirmişdi ki, yanvardan sistem üzərində sınaqlara başlanılıb və sınaq nəticələrinin nəzarət yoxlaması martın ilk həftəsinə nəzərdə tutulub. "Əgər hər şey planlaşdırıldığı kimi olsa, "EPEG" kommersiya istismarına veriləcək" – deyə o bildirmişdi. Onun sözlərinə görə, sınaqlar zamanı avadanlıq hissəsində aşkar edilmiş çatışmazlıqlar hazırda aradan qaldırılır".
Emil Hüseynov
Baxış sayı: 783
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib