12px13px15px17px
Tarix:12/03/13

“Az-Evro Tel” təqdim etdiyi bir sıra xidmətlər üzrə güzəştli kampaniya keçirir

"Az-Evro Tel" MMC Novruz Bayramı və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar kampaniyaya start verib.

"ICTnews" elektron xəbər xidmətinə adıçəkilən MMC-dən verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, yeni telefon çəkilişi tarifinə 50% güzəşt tətbiq edilir, abunəçiyə telefon aparatı hədiyyə verilir, eyni zamanda mənzil telefonlarının addan-ada keçirilməsi, telefonun təhvil verilməsi barədə arayışın təqdim olunmasından asılı olmayaraq 2 manat tariflə təmin edilir.

Həmçinin genişzolaqlı internet (ADSL və ayrılmış xətt) və İPTV xidmətlərinə qoşulma ödənişsiz olaraq həyata keçirilir. Kampaniya çərçivəsində 1÷3 Mbit/s sürətli limitsiz internet xidmətinə yeni qoşulan və 3 aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə 1 ay ödənişsiz internet xidməti göstərilir, 4÷10 Mbit/s sürətli internet xidmətinə yeni qoşulan və 3 aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə isə pulsuz modem verilir.

Bundan əlavə, trafikli internet xidmətinə yeni qoşulan və 3 aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə modem, İPTV xidmətinə qoşulma və 1 ay ərzində istifadə ödənişsiz təqdim edilir. Qeyd edək ki, cari il, 11 mart tarixindən başlayan kampaniya 31 may tarixinədək davam edəcək.

CAHANGİR



Baxış sayı: 910

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024