12px13px15px17px
Tarix:13/03/13

«Microsoft İT Akademiyası» layihəsi əhatəsini genişləndirir

"Microsoft Azerbaijan" bu il ərzində «Microsoft İT Akademiyası» layihəsinin əhatə dairəsini genişləndirmək niyyətindədir.

"Microsoft Azerbaijan"ın "Təhsildə tərəfdaşlıq" proqramı üzrə meneceri Emin Axundovun "ICTnews"-a verdiyi məlumata əsasən, hazırda layihənin əhatə dairəsinin genişləndirilməsi üzrə aktiv işlər aparılır.

«Bu gün artıq Azərbaycan İnşaat Universitetinin nəzdində İnformasiya Texnologiyaları Akademiyası texniki nöqteyi-nəzərdən hazırdır. Eyni zamanda, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Qafqaz və Xəzər universitetləri, "Mədəd-Azərbaycan", Azərbaycan Dillər Universiteti ilə danışıqlar və hazırlıq işləri aparılır. Cari il ərzində adı çəkilən universitetlərin aktivliyindən asılı olaraq, onların nəzdində İnformasiya Texnologiyaları Akademiyalarının yaradılması nəzərdə tutulub», - deyə o bildirib.

Layihənin məqsədi "Microsoft" proqramları üzrə mütəxəssislərin hazırlanmasıdır. Şirkət həmçinin Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti və s. ali məktəblərlə əməkdaşlıqda maraqlıdır.

Ötən il İnformasiya Texnologiyaları Akademiyası Memarlıq və İnşaat Universiteti əsasında yaradılıb və orda kurs universitetin müəllimləri tərəfindən keçirilir. Kurs bitdikdə, imtahanı uğurla keçmiş tələbələr "Microsoft"un sənaye sertifikatını alacaqlar.

Gələcəkdə "Microsoft"un nümayəndələri analoji layihələri, ölkənin bütün informasiya texnologiyaları fakültələri olan ali məktəblərdə tətbiq etməyi planlaşdırır.

AYNUR



Baxış sayı: 1073

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024