Tarix:13/03/13
"ICTnews" elektron xəbər xidməti xəbər verir ki, bu barədə adıçəkilən birliyin məlumatında deyilir. Məlumatda bildirilir ki, yeniliyin tətbiqi istehsalatda gedən proseslərə 90-dan artıq parametr, o cümlədən xammal sərfi, məhsulun istehsal həcmi, reaktorda onun səviyyəsi, təzyiq, temperatur və s. üzrə dəqiqliklə nəzarət etməyə, bütün göstəriciləri qeydə almağa imkan verir.
Yeni nəzarət-ölçü sistemi böyük ölçülü monitor da daxil olmaqla beş displeydən ibarətdir və reaktor blokunun iki xətdən birinin parametrlərinə nəzarət, göstəricilərin sistematik ardıcıllıqla və operativ şəkildə, həm də əvvəl olduğundan daha artıq dəqiqliklə qeydə alınması baxımından xüsusilə əlverişlidir. Onun əsas üstünlüklərindən biri də bütün parametrlər üzrə qrafik qeydləri öz yaddaşında arxivləşdirərək, uzun müddət saxlamaq imkanına malik olmasıdır.
Yeni sistemin bu keyfiyyəti parametrlərlə bağlı tam dəqiq məlumat əldə etməyə və yarana biləcək hər hansı bir qəzanın qarşısını qabaqcadan və tamamilə almağa imkan verir.
Məlumatda həmçinin qeyd edilir ki, sözügedən sistemin operativ yaddaşı əvvəlki hesablama sisteminin operativ yaddaşından dəfələrlə çoxdur. Yeni sistemin mükəmməl idarə edilməsi məqsədi ilə sexdə əvvəlcədən mühəndis kadrların müvafiq hazırlığı aparılıb. Qeyd edək ki, ilin sonuna qədər istehsalatın ikinci texnoloji xəttinin də idarəetmə-nəzarət sisteminin müasir kompüter texnologiyaları əsasında yenidən qurulması nəzərdə tutulub.
CAHANGİR
Azərbaycanın Etilen-polietilen zavodunda yeni kompüter sistemi quraşdırılıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda "Polimir-120" istehsalatının reaktor blokunun rejiminə və fəaliyyətinə nəzarət üzrə müasir texnologiyalar əsasında yaradılmış yeni lokal kompüter sistemi quraşdırılıb."ICTnews" elektron xəbər xidməti xəbər verir ki, bu barədə adıçəkilən birliyin məlumatında deyilir. Məlumatda bildirilir ki, yeniliyin tətbiqi istehsalatda gedən proseslərə 90-dan artıq parametr, o cümlədən xammal sərfi, məhsulun istehsal həcmi, reaktorda onun səviyyəsi, təzyiq, temperatur və s. üzrə dəqiqliklə nəzarət etməyə, bütün göstəriciləri qeydə almağa imkan verir.
Yeni nəzarət-ölçü sistemi böyük ölçülü monitor da daxil olmaqla beş displeydən ibarətdir və reaktor blokunun iki xətdən birinin parametrlərinə nəzarət, göstəricilərin sistematik ardıcıllıqla və operativ şəkildə, həm də əvvəl olduğundan daha artıq dəqiqliklə qeydə alınması baxımından xüsusilə əlverişlidir. Onun əsas üstünlüklərindən biri də bütün parametrlər üzrə qrafik qeydləri öz yaddaşında arxivləşdirərək, uzun müddət saxlamaq imkanına malik olmasıdır.
Yeni sistemin bu keyfiyyəti parametrlərlə bağlı tam dəqiq məlumat əldə etməyə və yarana biləcək hər hansı bir qəzanın qarşısını qabaqcadan və tamamilə almağa imkan verir.
Məlumatda həmçinin qeyd edilir ki, sözügedən sistemin operativ yaddaşı əvvəlki hesablama sisteminin operativ yaddaşından dəfələrlə çoxdur. Yeni sistemin mükəmməl idarə edilməsi məqsədi ilə sexdə əvvəlcədən mühəndis kadrların müvafiq hazırlığı aparılıb. Qeyd edək ki, ilin sonuna qədər istehsalatın ikinci texnoloji xəttinin də idarəetmə-nəzarət sisteminin müasir kompüter texnologiyaları əsasında yenidən qurulması nəzərdə tutulub.
CAHANGİR
Baxış sayı: 802
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır