Tarix:14/03/13
Bu barədə məlumat verən İKT İnformasiya Mərkəzindən bildirilib ki, sözügedən layihə Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən "Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi" çərçivəsində icra olunur. Tədbirdə maliyyə naziri Samir Şərifov layihənin aktuallığını və əhəmiyyətini şərh edib, tətbiq prosesinin gedişi barədə ümumi məlumat verib.
"FARABI" layihəsi daxilində tətbiq olunan əsas sistem – müəssisənin resurslarının planlaşdırılması sistemi (SERP) haqqında "SİNAM" şirkətinin prezidenti Elçin Əliyev geniş təqdimatla çıxış edib. Pilot təşkilatlardan Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov və Xəzər Universitetinin rəhbəri Hamlet İsaxanlı rəhbərlik etdikləri müəssisələrdə sistemin tətbiqi ilə əlaqədar öz rəylərini bildiriblər.
Müzakirələrdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov da çıxış ediblər. Təqdimatda iştirak edən təhsil naziri Misir Mərdanov da bu genişmiqyaslı layihə barədə öz fikirlərini paylaşıb.
Təqdimatın yekununda Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev belə bir əhəmiyyətli tədbirin rəhbərlik etdiyi müəssisədə keçirilməsindən məmnunluğunu bildirib.
HƏQİQƏT
Diplomatik Akademiyada ali məktəb rəhbərləri üçün “FARABI” sisteminin təqdimatı keçirilib
Azərbaycan Diplomatik Akademiyasında (ADA) Maliyyə və Təhsil nazirliklərinin təşkilatçılığı ilə bütün ali məktəblərin rektorları və səlahiyyətli mühasibat mütəxəssisləri üçün ölkə üzrə artıq pilot təşkilatlarda tətbiq olunmağa başlanmış "Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları (FARABI)" layihəsinin geniş təqdimatı və işlərin gedişinin müzakirəsi keçirilib.Bu barədə məlumat verən İKT İnformasiya Mərkəzindən bildirilib ki, sözügedən layihə Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən "Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi" çərçivəsində icra olunur. Tədbirdə maliyyə naziri Samir Şərifov layihənin aktuallığını və əhəmiyyətini şərh edib, tətbiq prosesinin gedişi barədə ümumi məlumat verib.
"FARABI" layihəsi daxilində tətbiq olunan əsas sistem – müəssisənin resurslarının planlaşdırılması sistemi (SERP) haqqında "SİNAM" şirkətinin prezidenti Elçin Əliyev geniş təqdimatla çıxış edib. Pilot təşkilatlardan Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov və Xəzər Universitetinin rəhbəri Hamlet İsaxanlı rəhbərlik etdikləri müəssisələrdə sistemin tətbiqi ilə əlaqədar öz rəylərini bildiriblər.
Müzakirələrdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov da çıxış ediblər. Təqdimatda iştirak edən təhsil naziri Misir Mərdanov da bu genişmiqyaslı layihə barədə öz fikirlərini paylaşıb.
Təqdimatın yekununda Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev belə bir əhəmiyyətli tədbirin rəhbərlik etdiyi müəssisədə keçirilməsindən məmnunluğunu bildirib.
HƏQİQƏT
Baxış sayı: 1283
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır