12px13px15px17px
Tarix:14/03/13

Azərbaycanın daha 53 regionunun sakinləri stasionar telefon ödənişlərini onlayn qaydada apara bilərlər

“Hesab.az” internet ödəmə portalı stasionar telefonlar üzrə danışıq və abunə haqlarının onlayn ödəmə imkanlarını genişləndirib. “ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Quba və Şirvan şəhərləri ilə bərabər, daha 53 bölgənin sakinləri stasionar telefonları üzrə danışıq və abunə borclarını “Hesab.az” portalında ödəyə bilərlər.

Bu növ onlayn-ödəmələr üçün “Şəxsi kabinet” səhifəsində “Şirkəti əlavə et” opsiyasından istifadə edib “Stasionar telefonlar” kateqoriyasında “Aztelekom-BTRİB” bölməsini seçmək lazımdır.

Yeni əlavə olunan bölgələr siyahısına Ağdaş, Ağdam, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, İmişli, İsmayıllı, Kürdəmir, Qəbələ, Qax, Qazax, Qobustan, Qusar, Lerik, Masallı, Naftalan, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Şabran, Şamaxı, Şəmkir, Siyəzən, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala və Zərdab şəhərləri daxildir.

Qeyd edək ki, adıçəkilən bölgələrə aid olan stasionar rabitə ödəmə imkanları “GoldenPay” tərəfindən qeydiyyatsız onlayn-ödənişlər aparanlar üçün də təqdim olunub.

CAHANGİR



Baxış sayı: 1295

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024