12px13px15px17px
Tarix:14/03/13

Rumıniya Azərbaycana informasiya texnologiyaları sahəsində konkret layihələr təqdim etmək fikrindədir

Bu gün Bakıda Azərbaycan-Rumıniya biznes forumu keçirilib. Tədbirdə çıxış edən Azərbaycan İqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, forumda 100-ə yaxın azərbaycanlı iş adamları və Rumıniya şirkətlərinin 30 nümayəndəsi iştirak edir.

"Azərbaycanla Rumıniya arasında neft-qaz, sənaye avadanlıqları, vakuum texnologiyaları, mədən avadanlığı təchizatı, informasiya texnologiyaları və s. sahələrdə ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib. Ölkələr arasında əməkdaşlığın inkişafı məqsədi ilə 50-dən çox saziş imzalanıb, onların bir hissəsi iqtisadi sahədə əməkdaşlığı nəzərdə tutur. İkitərəfli əməkdaşlığın inkişafında, hökumətlərarası komissiyaların 4 iclasının keçirilməsi əvəzedilməz rol oynayıb. Qısa zaman kəsiyində Buxarestdə Azərbaycanla Rumıniya arasında ikitərəfli əməkdaşlığın inkişafı üçün vacib olan məsələlər müzakirə ediləcək 5-ci hökumətlərarası komissiyanın iclası keçiriləcək. Yaxın zaman işə başlayacaq Azərbaycan-Rumıniya Ticarət Palatası əməkdaşlığın inkişafını və ümumi ticarət dövriyyəsini daha da gücləndirəcək. Son məlumatlara əsasən, ölkələr arasında ticarət dövriyyəsi 23% artıb. Azərbaycanda 8 rumın şirkəti fəaliyyət göstərir, Rumıniyada isə 49 bizim şirkət çalışır, bu ölkədə Azərbaycan şirkətlərinin investisiya qoyuluşu üçün münasib şərait yaradılıb", - deyə nazir bildirib.

Rumıniyanın xarici investisiyalar və milli maraq doğuran infrastruktur layihələri üzrə xüsusi naziri Dan Şovan öz növbəsində, Azərbaycana səfər çərçivəsində 15 layihənin təqdimatını keçirdiyini bildirib.

"Yaxın zamanda biz Rumıniyada Azərbaycan səfirliyinə daha 25 rumın infrastruktur layihəsi təqdim etmək niyyətindəyik, bu layihələr atom enerjisi, hidroenergetika, kənd təsərrüfatı, magistral yolların tikintisi və s. sahələri əhatə edir. Biz bilirik ki, Azərbaycanda magistral yolların tikintisi sahəsində 3-4 böyük təcrübəli şirkət var və onları rumın layihələrində iştiraka dəvət edirik. Bizim üçün "Nabucco West" və "AGRİ" layihələri böyük maraq kəsb edir. Biz həmçinin Azərbaycanda informasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanlarını müzakirə edirik və gələcəkdə konkret layihələr təqdim etməyə ümid edirik", - nazir bildirib.

Aynur VƏLİYEVA



Baxış sayı: 803

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024