12px13px15px17px
Tarix:14/03/13

“Sazz 4G İnternet” Novruz Bayramı kampaniyasına başlayır

"Sazz 4G İnternet" Novruz Bayramı münasibətilə martın 15-dən bayram kampaniyasına start verəcək. Sərfəli bayram paketlərindən faydalanan müştərilər çox əlverişli şərtlərlə həm "Sazz" abunəçisi ola biləcək, həm də modemləri daha sərfəli qiymətlərlə əldə etmək imkanına sahib olacaqlar. "Sazz 4G İnternet"in yeni Novruz Bayramı kampaniyası dörd sərfəli paketdən ibarətdir.

Qiyməti 50 manat olan birinci paketə ikiaylıq abunə haqqı və "AX326 USB" modemi daxildir, başqa sözlə, ikiaylıq abunə haqqını ödəyən yeni müştərilər USB modemi pulsuz əldə edəcəklər. İkinci bayram paketi internetə stasionar modemlə qoşulmağa üstünlük verənlər üçün nəzərdə tutulub.

Qiyməti 146 manat təşkil edən bu paketə ikiaylıq abunə haqqı və 20% endirimlə "IX 380" stasionar "WiMax Wi-Fi" mərkəzi daxildir. Bayram endirimləri "Wimaxion" markalı universal portativ modemi də əhatə edəcək.

Daha əvvəl qiymətində endirim tətbiq olunmamış həmin modem Novruz Bayramı münasibətilə "Sazz 4G İnternet" müştərilərinə 20%-lik endirimlə təqdim olunacaq. Daha əvvəl tətbiq olunan və müştərilərin böyük rəğbətini qazanan "4 aylıq abunə haqqını ödə, 5 aylıq internet əldə et" paketi Novruz günləri ərzində yenidən bərpa olunacaq.

Beləliklə, həmin paketdən faydalanan müştərilər 5 ay ərzində genişzolaqlı limitsiz interneti ayda cəmi 20 manata əldə etmiş olacaqlar.

Qeyd edək ki, "Sazz 4G İnternet"in Novruz Bayramı münasibətilə təşkil etdiyi kampaniya mart ayının 15-dən 30-na qədər şirkətin Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Xırdalan şəhərlərindəki bütün "Sazz 4G" satış nöqtələrində keçiriləcək.

Xatırladaq ki, "Sazz 4G İnternet" ənənəvi olaraq hər bir yeni abunəçiyə internet xidmətini yoxlayıb test etmək imkanını verir. Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərini, habelə Abşeron yarımadasında yerləşən qəsəbələrin böyük qismini əhatə edən "Sazz İnternet" cari il ərzində bir sıra iri regional mərkəzlərdə, o cümlədən, Şəki, Zaqatala, Quba, Qusar, Lənkəran və digər şəhərlərdə də fəaliyyətə başlamağı planlaşdırır.

RƏVAN



Baxış sayı: 990

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024