12px13px15px17px
Tarix:01/08/11

Bu gündən respublikanın ümumi istifadəli telefon şəbəkəsi yeddirəqəmli nömrələmə sisteminə keçir

Bu gündən başlayaraq respublikanın ümumi istifadəli telefon şəbəkəsi yeddirəqəmli nömrələmə sisteminə keçir. Həyata keçirilən tədbirlər sayəsində keçid istehlakçı üçün hansısa narahatlıq yaratmayacaq. Qeyd edək ki, nömrə yığımının yeni formatının əziyyətsiz olması üçün ilin sonunadək paralel olaraq nömrə yığımının köhnə formatından da istifadə olunacaq. Keçid respublikanın telefon şəbəkəsinin tam elektronlaşdırılması sayəsində mümkün olub. Yeddirəqəmli nömrələmə sisteminin tətbiqi ilə əlaqədar tədbirlər planı hazırlanıb. Hazırda nazirlik bu barədə artıq Beynəlxalq Telekommunikasiya İttifaqını (İTU- İnternational Telecommunication Union) məlumatlandırıb. Qaydaya uyğun olaraq BTİ Azərbaycanın yeni formata keçməsi barədə təşkilatın bütün üzv ölkələrinə məlumat verəcək. Abonentlərin yeni nömrə yığımı formatı barədə məlumatlandırılması bilavasitə operator “Aztelekom”, telekommunikasiya qovşaqları şəbəkəsi, poçt rabitəsi şöbələri, televiziya tərəfindən həyata keçirilir.
Əvvəllər 66 zona kodundan istifadə edilirdisə, yeni variantda cəmi 10 zona kodundan istifadə nəzərdə tutulur. Məsələn, Naxçıvan MXR-də yalnız 36, Gəncə zonasında 22, Şəki zonasında 24 və zona kodundan istifadə olunacaq. Bu, həm zona kodlarından, həm də nömrə resurslarından səmərəli istifadə etməyə imkan verəcək. İlk dəfə olaraq Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat bazasına Dağlıq Qarabağ regionu üçün ayrılan 26 zona kodunu daxil edib. Yeni zona kodu bütün dünyadan nömrə yığan zaman tanınacaq. Dağlıq Qarabağ regionu istiqamətində zənglər edilərkən zəng edən məlumatlandırılacaq (3 dildə - Azərbaycan, rus və ingilis dillərində) ki, bu istiqamətdə zənglər ərazinin işğal altında olması səbəbindən müvəqqəti olaraq qeyri-mümkündür. Əvvəllər bu istiqamətdə zənglər cavabsız qalırdı, ya da belə nömrənin mövcud olmadığı bildirilirdi.
Yeddirəqəmli nömrələmə sisteminə keçiddə daha vacib aspektlərdən biri nazirliyin istifadəçinin abonent nömrəsini saxlamaq üçün əlindən gələni etməsi olub. Hazırda rayon və kəndlərdə abonent nömrələrinin təxminən 90 faizi saxlanılıb.



Baxış sayı: 1212

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024