12px13px15px17px
Tarix:15/03/13

Güclü külək Ağdam və Tərtər rayonlarının rabitə sisteminə ziyan vurub

Güclü külək Ağdam və Tərtər rayonlarının yaşayış məntəqələrində bütün sahələrlə yanaşı, rabitə sahəsinə də ziyan vurub.

Tərtər Telekommunikasiya Qovşağının rəisi Rüfət Qurbanovun verdiyi məlumata görə, qısa zamanda baş verən güclü külək rayonda elektrik şəbəkəsi ilə yanaşı, rabitə sisteminin xətt təsərrüfatına ciddi zərbə vurub.

Onun sözlərinə görə, hadisə nəticəsində rayon mərkəzi ilə yanaşı, Sarov, Evoğlu və Xoruzlu kəndlərində rabitə xətlərində qırılmalar baş verib, bir necə rabitə dirəyi küləyin gücünə tab gətirməyərək aşıb. Rəis bildirib ki, hadisədən dərhal sonra operativ tədbirlər nəticəsində aşan dirəklər bərpa olunaraq vətəndaşların telefon rabitəsi bərpa olunub.

Ağdam rayonunda baş verən təbii fəlakət nəticəsində Quzanlı qəsəbəsi, Qaradağlı, Xındırıstan və Çəmənli kəndlərinin hər birində abunəçilərin telefonlarında bəzi problemlər yaranıb. Ağdam TKQ-dən verilən məlumata görə, aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qəza dəstələri tərəfindən problemin qarşısı alınaraq abunəçilərin telefonlarının fasiləsizliyi təmin edilib.

RƏVAN



Baxış sayı: 1402

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024